Kamran Ağayev: “Mən Mirça Redniklə danışmıram”

Kamran Ağayev: “Mən Mirça Redniklə danışmıram”
ÖLKƏ FUTBOLU 31 Oktyabr 2011 / 17:02 3559
-  A +

“Komanda yoldaşım Rahid Əmirquliyev “Xəzər Lənkəran”ın kapitanlıq sarğısını daşımağa layiq olan bir futbolçudur”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində bu günlərdə kapitanlığı əlindən alınan “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev deyib.

Kamran bir müddət əvvəl əvəzedici heyətə göndərilməsi barədə onun dilindən səslənən açıqlamanı təkzib edib. “Kapitanlığım əlimdən alınandan sonra ilk məşqə çıxmasam da, sonradan əsas komandanın heyətinə qoşuldum. Ancaq hər şey baş verə bilər. Ola bilər ki, qarşıda əvəzedici komandaya da göndəriləm”.

Baş məşqçi Mirça Redniklə münasibətləri barədə danışan Kamran ruminiyalı mütəxəssisin Lənkəran azarkeşlərinin sevimlisi olduğunu söyləyib: “Allah onları mehriban eləsin. Rednik çox ağıllı adamdır. Mən ümumiyyətlə o adamla danışmıram».

Komandadan ayrılacağı ilə bağlı suala cavab olaraq Kamran Ağayev bunları deyib: “Xəzər Lənkəran”la hələ müqaviləm var. Əgər klub qış transfer pəncərəsində məni transferə çıxarsa, başqa kluba keçə bilərəm”.

K.Ağayev klub rəhbərliyinin onun komandada qalmasıyla bağlı hər hansı müzakirə aparmadığını bildirib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...