“Xəzər Lənkəran” klubunun rəhbərliyi qapıçıları Kamran Ağayevin kapitanlıq sarğısı əlindən alınaraq cəzalandırılması məsələsinə aydınlıq gətirib.
Komandanın rəisi Səməd Mustafayev Qol.Az-ın müxbirinə bildirib ki, kapitanlıq sarğısı klub prezidenti Mais Mənsimovun göstərişi ilə Kamrandan alınıb. S.Mustafayev Kamrana bu cür cəzanın verilməsini qapıçının intizamsızlığı ilə əlaqələndirib: “Bu, klub prezidentinin göstərişi idi. Mais müəllim baş məşqçini də çağırıb, iclas keçirdi və həmin vaxt belə bir göstəriş verdi ki, kapitanlıq sarğısı Kamran Ağayevdən alınsın. Kamrana bu cür cəzanın verilməsinə “Bakı”yla son oyun da təsir edib. Ancaq bundan əvvəl də müəyyən məsələlər olub. Bütün bunları nəzərə alan klub prezidenti belə bir göstəriş verdi”.
Klub rəsmisinin sözlərinə görə, Kamrana verilən cəza müvəqqəti deyil: “Bu cəza müvəqqəti deyil. Klub rəhbərliyinin qərarı ilə Rahid kapitan seçildi və sonadək də o olacaq”.
Sonda Mustafayev Ağayevin ölkə mətbuatına verdiyi müsahibəsində komandadan ayrılmaq istəyilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Kamranın bizimlə yaya kimi müqaviləsi var. Əgər komandadan getmək istəyirsə, oyundan sonra ofisə çağırılacaq və danışıqlar gedəcək. Əgər razılıq əldə olunmasa, onu zorla komandada saxlamayacağıq. Getmək istəyirsə, gedəcək”.
Mustafayev Kamran Ağayevin əvəzedici heyətə göndərilmədiyini söyləyib: “Kamran iddia edir ki, mən mətbuata bu haqda açıqlama verməmişəm”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video