Dünən keçirilən daha iki oyunla Premyer Liqada X tura yekun vuruldu. Tur liderlərin xal itkisi ilə yadda qaldı. “Bakı” ilə “Xəzər Lənkəran”, “İnter”lə isə “Qəbələ” öz aralarında xalları yarı böldülər. “Neftçi” Gəncə səfərində büdrədi. Yalnız “Qarabağ” “Simurq”la səfər matçından üzüağ dönməyi bacardı. “Rəvan” Vladislav Qədirovun başçılığı altındı ardıcıl olaraq dördüncü matçında üçüncü qələbəsini qazanaraq, ilk “altılığ”a xeyli yaxınlaşdı. “Sumqayıt Şəhər” isə “Turan”a da məğlub olmaqla çempionatda hamıdan zəif olduğunu sübut etdi.
İndi isə ənənəvi olaraq, ümumi analizə keçək:
“Bakı” - “Xəzər Lənkəran” - 2:2
Turun mərkəzi oyununda qalib müəyyən olunmadı. Halbuki hər iki komandanın qələbə qazanmaq şansı var idi. Lakin komandaların qapıçıları Kamran Ağayevlə Marko Şarliya buna imkan vermədi. Ağayev hesab 1:0 komandasının xeyrinə olarkən, şou göstərmək qərarına gəldi və nəticədə Parks ona qarşısındakının daha yaxşı “şoumen” olduğunu sübut etdi. Kosta-rikalı sonradan daha bir qol vuraraq komandasını hesabda önə çıxarsa da, 77-ci dəqiqədə Şarliya “qonşudan qalma dala” məsəlinə layiqincə əməl edərək Rosasın uzaq məsafədən vurduğu zərbəni kobud səhv nəticəsində qapısından buraxdı. Oyunda diqqət çəkən məqamlar isə bunlar oldu:
1. Matç “Bakı”nın bazasında keçirilən ilk rəsmi oyun kimi tarixə düşdü.
2. Hər iki komanda matçı 10 nəfərlə bitirməli oldu. Görüşün baş hakimi Fariz Yusifov “Bakı”dan Cəmşid Məhərrəmovu, “Xəzər Lənkəran”dan isə Alim Qurbanovu meydançadan qovdu.
3. Marius Verpakovskis meydançada boş-boşuna ora bura qaçmaqla yadda qalsa da, həmyerlisi Aleksandr Starkov israrla onu meydançada saxlayaraq, əvəzində matçın ən yaxşısı olan Uinston Parksı əvəzlədi. Hər halda latviyalı mütəxəssis bu inadkarlığının altını çəkəndə artıq gec olacaq.
“Simurq - “Qarabağ” - 0:1
Çempionluğa oynayan komandalardan yalnız “Qarabağ” turu qələbə ilə başa vurdu. Ağdam klubu çətin sayıla biləcək “Simurq” səfərindən 3 xalla dönməyi bacardı. Qələbə qolunu isə, zədədən yeni qayıtmasına baxmayaraq, formasını erkən bərpa edən Rauf Əliyev vurdu. Ağdamlıların bu matçı itkisiz adlamaları çox yerinə düşdü. Onlar sabah “Neftçi” ilə I turdan təxirə salınmış matçda da qələbə qazananlar, o zaman turnir cədvəlində ikinci pilləyə yüksələcəklər və liderə bir qədər də yaxınlaşacaqlar. Matç Qurban Qurbanovun doğma rayonuna növbəti səfəri kimi də yadda qaldı. “Simurq”a gəlincə, istər bu oyun, istərsə də “Neftçi” ilə Zaqataladakı oyun sübut etdi ki, Serqey Yuranın komandası iddialılarla başabaş mübarizə apara bilsə də, hələ onları məğlub edəcək gücdə deyil.
“Kəpəz” - “Neftçi” - 1:1
Ötən tur evdə “İnter”ə məğlub olan “Neftçi” bu dəfə də xal itirərək çətin Gəncə səfərindən üzüağ çıxa bilmədi. Bakılılar hətta məğlub da ola bilərdilər. Onları məğlubiyyətdən fasilədən sonra meydançaya çıxan Fərid Quliyev xilas etdi. Yeri gəlmişkən, Fərid Zaqatalada “Simurq”la matçda da sonradan meydançaya çıxmış və komandasının qələbə qoluna imza atmışdı. Prinsipcə, Gəncə kimi çətin səfərdə heç-heçə oynamaq elə də faciə sayılmamalıdır. Ancaq o da var ki, çempionluğa oynayan komanda bu cür qarşılaşmalarda maksimum xal itirməməyə çalışmalıdır. “Kəpəz” evdə güclü olduğunu bir daha sübut etdi. Bu arada “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin əvəzedici komandaya göndərib sonradan əvf etdiyi Cavid Hüseynovu start heyətində meydançaya buraxması da anlaşılmaz oldu. Çünki oyun praktikası olmayan birinə bu cür çətin səfər matçında start heyətində meydançaya çıxmaq şansı vermək bir qədər riskli idi. Maraqlıdır ki, Hacıyev birinci hissə başa çatan kimi Cavidi əvəzlədi.
AZAL - “Rəvan” - 1:2
Bu matç haqqında qısaca onu demək olar ki, Vladislav Qədirovlu “Rəvan”ın yüksəlişi, Elxan Abdullayevli AZAL-in isə çöküşü davam edir. 3-4 tur bundan öncə tərəflərin turnir cədvəlində tutduqları mövqelər fərqli idi. İndi isə “Rəvan” ilk “altılığ”ın, AZAL isə təhlükəli zonanın qapısını döyür. Deyəsən, AZAL rəhbərliyinin cidd ölçü götürmək vaxtı gəlib çatıb. Əgər “təyyarəçilər” bu həftə “Sumqayıt Şəhər”ə də məğlub olarsa, böyük ehtimalla Elxan Abdullayev postunu itirəcək. Necə deyərlər, “pilot” Abdullayevin “təyyarəsi” qəzaya doğru gedir.
“Turan” - “Sumqayıt Şəhər” - 1:0
Bu oyunla bağlı danışılacaq çox şey yoxdur. Sadəcə adamın içindən “Sumqayıt Şəhər”in futbolçularına və baş məşqçisinə veriləcək bir sual gəlir: “Turan”ı da uda bilməyəndən sonra kimi udacaqsınız? Düzdür, hələ çempionatın 4/3 hissəsi qabaqdadır. Ancaq bu gedişlə Sumqayıt təmsilçisinin son pillədən yaxa qurtaracağı çox çətin görünür. Bernhard Raab “Neftçi”dən icarəyə götürülən başqa bir futbolçu, Ruslan Qurbanovun “vuran ayaq” olacağına ümid edirdi. Ancaq almanın bu ümidi də puça çıxdı. Artıq geriyə yol yoxdur. Əgər həftəsonu komanda AZAL-a da məğlub olsa, o zaman artıq klub rəhbərliyinin strategiyalarında müəyyən dəyişikliklər etməsi zərurəti yaranacaq.
“İnter”-“Qəbələ” - 1:1
Turun son qarşılaşmasında qalib müəyyənləşmədi. Halbuki qələbə hər iki tərəf üçün vacib lazim idi. Çünki “Xəzər Lənkəran”, “Neftçi”, “Bakı” kimi komandaların xal itirməsi fonunda qələbə qazanan tərəf turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırmış olacaqdı. Lakin oyun 1:1 hesabıya başa çatdı və əminliklə demək olar ki, hər iki komanda itirdi. Xüsusən də “Qəbələ” haqqında bu sözləri demək olar. Çünki Toni Adamsın komandası bu gedişlə çempionluq bir yana, heç ilk “üçlük”də qərarlaşa bilməyəcəklər. Bu oyun hakim qalmaqalı ilə də yadda qaldı. Belə ki, “İnter” ikinci hissədə qapılarına təyin olunan penaltini ədalətsiz sayır. “Bankirlər”in fikrincə, Rövşən Əhmədov həmin epizodda kobud səhvə yol verib. Hər halda, AFFA Hakimlər Komitəsi yəqin ki, sözügedən epizodla bağlı öz mövqeyini ortaya qoyacaq.
Anar XANLAROV,
Qol.Az saytı üçün
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində