Bu gün keçirilən iki görüşlə Premyer Liqanın X turuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, bu görüşlərdən biri Tovuzda, digəri isə Bakıda baş tutub.
Son turda AZAL-la 0:0 oynayan Tovuzun “Turan” klubu öz meydanında “Sumqayıt Şəhər”i qəbul edib. Maliyyə cəhətdən sıxıntı içində olan “Turan” klubu təhlükəli zonadan uzaqlaşmaq üçün mütləq qələbə qazanmalı idi.
Əsgər Abdullayevin komandası bu vəzifənin öhdəsindən gəlib. Matçın 30-cu dəqiqəsində Sergey Artyuxun vurduğu qol oyunda yeganə olub. Bununla da, qələbə qazanaraq xalını 10-a yüksəldən "Turan" turnir cədvəlində bir pillə irəliləyib.
Turun son qarşılaşması isə paytaxtda baş tutub. Burada yerli “İnter” klubu Qəbələnin eyniadlı komandasını qəbul edib. Son turlarda “Xəzər Lənkəran” və “Neftçi” üzərində qələbə qazanan “bankirlər” bu uğurlu seriyanı davam etdirmək niyyətində idi.
Lakin Kaxaber Sxadadzenin komandası bu görüşdən sülhlə ayrılıb. İlk hissədə Assiolinin qolu ilə hesabda önə keçən "İnter" fasilədən sonra qapısında top görməklə 3 xaldan məhrum olub. Bununla belə, "İnter" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.
23 oktyabr (bazar)
Premyer Liqanın X turunun oyunları
19:00. "İnter" - "Qəbələ" - 1:1
Qollar: Assioli, 20-pen (1:0), Barton, 59-pen (1:1)
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Şəfa" stadionu.
15:00. "Turan" - "Sumqayıt Şəhər" - 1:0
Qol: Sergey Artyux, 30-pen (1:0)
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu
22 oktyabr (şənbə)
AZAL - "Rəvan" - 1:2
Qollar: Elşən Məmmədov, 35 - Miloş Zeçeviç, 27, Ekrem Hodziç, 88
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
"AZAL Arena" stadionu.
"Kəpəz" - "Neftçi" - 1:1
Qollar: Milan Antiç, 20 - Fərid Quliyev, 47
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Orucəli Durmuşov
Gəncə şəhər stadionu.
21 oktyabr (cümə)
"Simurq" - "Qarabağ" - 0:1
Qol: Rauf Əliyev, 60 (0:1)
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Zaqatala şəhər stadionu.
"Bakı" - "Xəzər Lənkəran" - 2:2
Qollar: Eder Bonfim, 25 (0:1), Parks, 62 (1:1), 65 (2:1), Rusiç, 77 (2:2)
Qırmızı vərəqə: Cəmşid Məhərrəmov, 73, Alim Qurbanov, 90+3
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məlik Həsənov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar | |
| 1 | Xəzər Lənkəran | 10 | 7 | 2 | 1 | 16-7 | 23 |
| 2 | İnter | 10 | 5 | 3 | 2 | 8-6 | 18 |
| 3 | Qarabağ | 9 | 5 | 2 | 2 | 11-6 | 17 |
| 4 | Neftçi | 9 | 5 | 1 | 3 | 12-7 | 16 |
| 5 | Bakı | 10 | 4 | 4 | 2 | 11-8 | 16 |
| 6 | Qəbələ | 10 | 4 | 3 | 3 | 12-11 | 15 |
| 7 | Rəvan | 10 | 3 | 4 | 3 | 13-13 | 13 |
| 8 | Kəpəz | 10 | 3 | 3 | 4 | 15-16 | 12 |
| 9 | Turan | 10 | 3 | 1 | 6 | 8-13 | 10 |
| 10 | AZAL | 10 | 2 | 4 | 4 | 11-14 | 10 |
| 11 | Simurq | 10 | 2 | 2 | 5 | 7-12 | 8 |
| 12 | Sumqayıt Şəhər | 10 | 0 | 3 | 7 | 3-14 | 3 |
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi