Emin Mahmudov növbəti dəfə Azərbaycan millisinə dəvət alıb

Emin Mahmudov növbəti dəfə Azərbaycan millisinə dəvət alıb
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2011 / 18:33 3083
-  A +

AFFA Rusiyanın “Spartak” klubunun şərəfini qoruyan Emin Mahmudova növbəti dəfə milli komandamızda çıxış etmək təklifi göndərib. Qol.Az-ın “Sport-express.ru” saytına istinadən yaydığı məlumata görə, Azərbaycandan Mahmudova yeni təklifin gəlməsi bağlı xəbəri Moskva klubunun baş məşqçisi Valeri Karpin də təsdiqləyib.

Hələ qışda bu barədə müzakirələrin getdiyini söyləyən Karpin budəfəki danışıqların hansı sonluqla başa çatacağından xəbərsiz olduğunu bildirib: “Hələ qışda bununla bağlı danışıqlar olmuşdu, ancaq sonradan ara sakitləşdi. Budəfəki danışıqların necə nəticələnəcəyini isə bilmirəm. Emin hələlik heç bir qərar qəbul etməyib. Onun gələcəyi ilə bağlı danışsaq, klub Mahmudova ciddi şəkildə inanır”.

Qeyd edək ki, Emin Azərbaycanda anadan olsa da, sonradan ailəsiylə birlikdə Rusiyaya köçüb. O, futbol və orta məktəb təhsilini orada alıb. Bundan başqa, 22 yaşlı yarımmüdafiəçi artıq Rusiyanın gənclərdən ibarət yığmasında debüt edib. Mahmudov artıq ikinci dəfədir ki, AFFA-dan belə bir dəvət alır. Hələ fevral ayında AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından futbolçu ilə danışıqlar aparılıb.

Mahmudovun meneceri Oleq Malejik də AFFA-dan ikinci dəfə təklif aldıqlarını təsdiqləyib. Ancaq Malejik də hələlik Eminin bu barədə qərar vermədiyini bildirib: “Hə, mənim müştərimlə Azərbaycan tərəfindən maraqlanan oldu. Ancaq Emin hələ ki, gələcək taleyi ilə bağlı qərar verməyib. Mahmudov tələsməməlidir. Növbəti seçmə mərhələ hələ gələn ilin payızında başlayacaq”.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...