Bu gün Premyer Liqanın X turunun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Sözsüz ki, günün ən maraqlı və prinsipial matçı paytaxtda keçirilib. Son turlar yüksəlişdə ola “Bakı” öz bazasında çempionatın lideri “Xəzər Lənkəran”ı qəbul edib.
İlk hissəyə məğlub yollanan "Bakı" fasilədən sonra oyunda dönüş yarada bilib. Uinston Parks 3 dəqiqəyə 2 qol vuraraq sabiq komandasını cəzalandırıb. Lakin "Xəzər Lənkəran" məğlubiyyətdən qaça bilib - 2:2.
Digər oyun isə Zaqatalada keçirilib. Burada “Qarabağ” yerli “Simurq”un qonağı olub. Oyunun taleyini bir qol həll edib. Matçın 60-cı dəqiqəsində Rauf Əliyevin vurduğu qol "Qarabağ"a növbəti 3 xalı qazandırıb.
Qeyd edək ki, turun digər oyunları isə şənbə və bazar günləri keçiriləcək.
21 oktyabr (cümə)
Premyer Liqanın X turunun oyunları
17:00. "Simurq" - "Qarabağ" - 0:1
Qol: Rauf Əliyev, 60 (0:1)
Hakimlər: Elnur Muradov, Coşqun Həsənov, İsgəndər Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Zaqatala şəhər stadionu.
15:00. "Bakı" - "Xəzər Lənkəran" - 2:2
Qollar: Eder Bonfim, 25 (0:1), Parks, 62 (1:1), 65 (2:1), Rusiç, 77 (2:2)
Qırmızı vərəqə: Cəmşid Məhərrəmov, 73, Alim Qurbanov, 90+3
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Mehman Mahmudov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məlik Həsənov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
Matçın 62-ci dəqiqəsində Parks Kamran Ağayevin kobud səhvindən sonra hesabı bərabərləşdirdi. Oyunun 73-cü dəqiqəsində "Bakı"nın kapitanı Cəmşid Məhərrəmov ikinci sarı, ardından qırmızı vərəqəni alaraq meydanı vaxtından əvvəl tərk edib. Matçın son dəqiqələrində isə "Xəzər Lənkəran"lı futbolçu Alim Qurbanov ikinci sarı, ardından qırmızı vərəqəni alaraq meydandan qovulub.
22 oktyabr (şənbə)
15:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Orucəli Durmuşov
Gəncə şəhər stadionu
17:00. AZAL - "Rəvan"
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, Alik Yunusov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Murad Məmmədov
"AZAL Arena" stadionu.
23 oktyabr (bazar)
15:00. "Turan" - "Sumqayıt Şəhər"
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, Habil Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu
19:00. "İnter" - "Qəbələ"
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Ramiz Əsədov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
"Şəfa" stadionu.
Turnir cədvəli
| S | Komanda | O | Q | H | M | Qollar | Xallar |
| 1 | Xəzər Lənkəran | 10 | 7 | 2 | 1 | 16-7 | 23 |
| 2 | Qarabağ | 9 | 5 | 2 | 2 | 11-6 | 17 |
| 3 | İnter | 9 | 5 | 2 | 2 | 7-5 | 17 |
| 4 | Bakı | 10 | 4 | 4 | 2 | 11-8 | 16 |
| 5 | Neftçi | 8 | 5 | 0 | 3 | 11-6 | 15 |
| 6 | Qəbələ | 9 | 4 | 2 | 3 | 11-10 | 14 |
| 7 | Kəpəz | 9 | 3 | 2 | 4 | 14-15 | 11 |
| 8 | Rəvan | 9 | 2 | 4 | 3 | 11-12 | 10 |
| 9 | AZAL | 9 | 2 | 4 | 3 | 10-12 | 10 |
| 10 | Simurq | 10 | 2 | 2 | 5 | 7-12 | 8 |
| 11 | Turan | 9 | 2 | 1 | 6 | 7-13 | 7 |
| 12 | Sumqayıt Şəhər | 9 | 0 | 3 | 6 | 3-13 | 3 |
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi