Premyer Liqanın X turu çərçivəsində “Bakı” – “Xəzər Lənkəran” oyunu paytaxt klubunun bazasında, təbii örtükdə olacaq.
Bu barədə Qol.Az saytına “zolaqlılar”ın icraçı direktoru Yaşar Seyidov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, artıq satdion oyuna tam hazırdır.
Seyidov bazanın azarkeş tutumu barədə də məlumat verib. O, arenada 1500 nəfərlik oturacaqların olduğunu deyib. Ancaq Seyidov oyuna bir gün qalmasına baxmayaraq, qarşı tərəfdən hələ də azarkeşlərin sayı ilə bağlı kluba müraciət daxil olmadığını söyləyib:
“Xəzər Lənkəran”la oyun təbii örtükdə olacaq. Stadionda 1500 oturacaq var. Azarkeşlərin sayı çox olsa belə, normadan artıq tərəfdar stadiona buraxılmayacaq. Ancaq “Xəzər Lənkəran” hələ fanatların sayı ilə bağlı bizə müraciət eləməyib. Bizə müraciət etsələr, lazım olan tədbirləri görəcəyik. Oyunun başlanmasına bir gün qalıb. Lakin onlar hələ bizdən bilet istəməyiblər”.
Seyidov gələcəkdə bazadakı oturacaqların sayının artırılacağını da istisna etməyib: “Bu, bizim bazada keçirəcəyimiz ilk oyundur. Görsək ki, oyunu izləmək üçün azarkeşlər gəlirlər, onda oturacaqların sayını 3 minə qədər artıracağıq”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, “Bakı” ev oyunlarını bir müddət öz bazasında keçirəcək.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi