Rəşad Sadıqov: “Vaqif Cavadovun cəzasını yüngülləşdirmək olar”

Rəşad Sadıqov: “Vaqif Cavadovun cəzasını yüngülləşdirmək olar”
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2011 / 15:07 2225
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqov yığmamızın hücumçusu Vaqif Cavadov verilən cəzaya münasibət bildirib. Sadıqov Qol.Az-ın müxbiri ilə söhbətində belə bir cəzanın gözlənildiyini söyləsə də, bunun ağır və ya yüngül olması ilə bağlı fikir bildirməyib.

“Onsuz da atılan addıma görə Vaqifə hansısa cəza verilməliydi. Amma bu cəza çoxdu-azdı, ağırdı-yüngüldü, bunu qiymətləndirmək istəmirəm. Çünki biri millinin düşərgəsini tərk edib, digəri isə cəza verib. Amma yenə deyirəm ki, cəza verilməliydi”.

Vaqifin millidəki taleyi ilə bağlı da danışan “Qarabağ”ın müdafiəçisi onun cəzasının yüngülləşməsinin baş məşqçidən asılı olduğunu bildirib: “Mən belə başa düşürəm ki, burada baş məşqçidən də çox şey asılı olacaq. Yəqin ki, 3-4 oyundan sonra Vaqifə verilən cəzanı yüngülləşdirmək olar”.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...