AFFA-dan Vaqif Cavadova sərt cəza

ÖLKƏ FUTBOLU 19 Oktyabr 2011 / 13:28 2778
-  A +

Bu gün AFFA İntizam Komitəsi Vaqif Cavadovla bağlı qərarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının baş inzibatçısı  İslam Abbasovun İntizam Komitəsinə təqdim etdiyi məlumata əsasən qərara alınıb ki, Vaqif Cavadov 1 il müddətinə millinin heyətindən kənarlaşdırılsın.

Vaqif Cavadov Azərbaycan Premyer Liqasında çıxış edəcəyi təqdirdə,  AFFA-nın intizam qaydalarına uyğun olaraq, 5 təqvim oyunundan kənarlaşdırılacaq, klubu isə 5 min manat cərimə olunacaq.

Bundan başqa, İntizam Komitəsi "Neftçi"nin futbolusu Rəşad Abdullayevlə bağlı məsələyə də toxunub. Qərarda qeyd edilib ki, milli komandanın əvvəlcədən planlaşdırılan seleksiya xarakterli toplanışına dəvət olunan Rəşad Abdullayev toplanış vaxtı millinin baş məşqçisinə müraciət edərək toplanışda  iştirak etmək istəmədiyini bildirib. Buna görə futbolçunun bu hərəkəti ilə bağlı “Neftçi” klubunun rəhbərliyinə məktub ünvanlamaq qərara alınıb.

AFFA-nın rəsmi məlumatında deyilir ki, Cavadovun milli komandada çıxış etməsi ilə bağlı məsələyə millinin baş məşqçisinin müraciəti əsasında yenidən baxıla bilər.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...