Azərbaycan millisi FİFA reytinqində 20 pillə gerilədi

ÖLKƏ FUTBOLU 19 Oktyabr 2011 / 13:02 2414
-  A +

FİFA oktyabr ayı üçün yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 20 pillə geriləyərək 117-ci yerdə qərarlaşıb.

AÇ-2012-nin seçmə mərhələsinin son oyunlarında evdə Avstriyaya 1:4, Türkiyəyə isə 0:1 hesabı ilə məğlub olan millimiz 97-ci pillədən 117-ci yerə enib.

Hazırda aktivində 265 xal olan Azərbaycan millisi Qrenadadan bir pillə geridə, Lüksemburqdan isə bir pillə irəlidə qərarlaşıb.

Reytinq siyahısının zirvəsində isə heç bir dəyişiklik baş verməyib. Siyahıya ötən ayda olduğu kimi İspaniya, Hollandiya və Almaniya üçlüyü başçılıq edir. Uruqvay 4-cü pillədə qərarlaşdığı halda, Braziliya millisi 2 pillə irəliləyərək 5-ci yerə yüksəlib.  

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...