Premyer Liqanın 9-cu turunun «Rəvan» - «Qarabağ» oyununun (1:1) son dəqiqəsində vurduqları qoldan sonra sevinclərini bölüşərkən Ağdam klubunu və azarkeşlərini təhqir edən meydan sahibi komandanın futbolçusu Reys Klaudinei bu gün Peşəkar Futbol Liqasına dəvət olunub.
Qol.Az-ın məlumatına görə, burada PFL prezidenti Ramin Musayev, «Rəvan» klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və Reys Klaudineinin iştirakı ilə görüş keçirilib və qalmaqala səbəb olan epizodun görüntüsünə baxılıb.
Ramiz Musayev Qol.Az-ın müxbirinə bildirib ki, əvvəlcə futbolçunun özüylə söhbət aparıb və ona ilk əvvəl Qarabağ bölgəsi haqda suallar verib: «İmarət» fan-klubunun mənə ünvanladığı məktubu və Qarabağ camaatına olan hörmətimi nəzərə alaraq, mən bu gün futbolçunu və klub rəsmilərini qəbul etdim. İlk əvvəl futbolçudan soruşdum ki, Qarabağ bölgəsi barədə eşitmisənmi? Dedi ki, bəli, hələ Azərbaycana gəlməzdən əvvəl bu bölgə haqda məlumatlıydım.
Sonra həmin epizod barədə söhbətimiz oldu. Futbolçu bildirir ki, onun 32 yaşı var, neçə ildir futbol oynayır və heç vaxt azarkeş və rəqib klub barədə artıq söz işlətməz. Mən hətta ona dolayısı suallar da verdim. Amma yenədə o, heç kimi təhqir etmədiyini söylədi və bu zaman hətta göz yaşlarını da axıtdı. Mən özüm də həmin epizodu araşdırdım və gördüm ki, orada təhqir elementi olmayıb».
Ramin Musayev bildirib ki, futbolçu vurduğu qoldan sonra «Qarabağ» klubu əleyhinə təhqiramiz ifadə işlətmədiyini deyib: «O söylədi ki, portəgiz dilində sevincimi ifadə edən sözlər demişəm. Yəqin, «Qarabağ» azarkeşləri bu sözü doğru başa düşməyiblər».
PFL prezidenti bəyan edib ki, futbolçunun sözləri düzgün anlaşılmayıb və tərəflər arasında vəziyyətin gərginləşməsi də məhz bu anlaşılmazlığın nəticəsi olub: «Mən tam əminliklə bildirirəm ki, bu, sırf anlaşılmazlıq nəticəsində baş verib və «İmarət» fan-klubundan da xahişim budur ki, bu gərginliyə son qoysunlar».
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi