Bəhruz Şirəliyev: “Günahı varsa, onunla bağlı ciddi tədbir görəcəyik”

Bəhruz Şirəliyev: “Günahı varsa, onunla bağlı ciddi tədbir görəcəyik”
ÖLKƏ FUTBOLU 16 Oktyabr 2011 / 20:23 2923
-  A +

“Rəvan” rəhbərliyi komandanın braziliyalı yarımmüdafiəçisi Reis Klaudineinin “Qarabağ” klubu və onun azarkeşlərini təhqir etməsinə münasibət bildirib.

Klubun vitse-prezidenti Bəhruz Şirəliyev Qol.Az-ın müxbiri ilə söhbətində məsələdən xəbərsiz olduqlarını söyləyib. Ancaq Şirəliyev futbolçunun bu hərəkətə yol veridiyi təsdiqlənərsə, onun ciddi şəkildə cəzalanacağını da istisna etməyib:

“Vallah, bunu ilk dəfə sizdən eşidirəm. Oyun yarım saatdır qurtarıb. Ona görə də əvvəlcə araşdıraq görək nə məsələdir. Əgər günahı varsa, əlbəttə, onunla ciddi danışıb, tədbir görəcəyik. Belə bir şey – təhqir bizim komandada qətiyyən yolverilməzdir. Biz hər bir rəqibə hörmətlə yanaşırıq. Belə şey olar? Futbolçu gedib, kimisə təhqir eləsin. Bu məsələni ciddi araşdıracağıq.”

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...