AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov milli komandamızın baş məşqçisi federasiya ilə müqaviləsi yekunlaşmaq üzrə olan almaniyalı Berti Foqtsun vəzifəsində qalıb-qalmaması məsələsinə münasibət bildirib.
Qol.Az-ın müxbiri ilə söhbətində alman mütəxəssisin 3 il ərzində nəticə vermədiyini söyləyən Cavadov bunu Azərbaycanda yaxşı futoblçu çatışmazlığı ilə əlaqələndirib. Ona görə də İ.Cavadov düşünür ki, hazırkı şəraitdə Azərbaycanda əcnəbi məşqçi işləməməlidir: “Foqts 3 il ərzində nəticə vermədi. Baxmayaraq ki, komanda seçmə mərhələdə 7 xal yığdı və 5-ci yeri tutdu. Bu, yaxşı nəticə deyil. Mən əcnəbilərdən narazı deyiləm. Azərbaycanda yerli məşqçi də, əcnəbi çalışdırıcı da işləməlidir. Ancaq Azərbaycan futbolunun hazırkı vəziyyəti imkan vermir ki, əcnəbi məşqçi gəlib, burada işləsin. Bizdə yaxşı futbolçu, “material” yoxdur. Yaxud da var, amma azdır. Halbuki bu gün AFFA rəhbərliyi futbola kifayət qədər qayğı göstərir”.
İ.Cavadovun fikrincə, yaxşı məşqçinin işləyə bilməsi üçün ilk öncə yaxşı şərait və futbolçu lazımdır: “Bizdə isə şərait var, amma futbolçu azıdr. Ona görə də baş məşqçi istədiyini həyata keçirə bilmir. Futbolçu meydanda məşqçinin tapşırığını yerinə yetirə bilmir. Əgər bu baxımdan Foqtsa şərait yaradılsaydı, o, öz ağıllılığını sübut edəcəkdi. Ancaq təəssüf ki, bu yöndə işlər görülməyib”.
Sonda futbolun inkişaf etdirilməsi üçün öz variantlarını irəli sürən Cavadov Foqtsun Azərbaycan millisinə lazım olmadığını bildirib: “Mən həmişə demişəm, burada iki variant var. Birincisi, yerli futbolçularımız xaricdə oynamalı, gəlib Azərbaycan millisinə kömək etməlidilər. Yaxud Azərbaycan çempionatı elə bir səviyyədə olmalıdır ki, futbolçular burada inkişaf etməlidilər. Ümumiyyətlə isə demək istəyirəm ki, Foqts bizə lazım deyil”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi