“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov Avstriya yığması ilə oyundan sonra dayısı oğlu Vaqif Cavadovun milli komandadan imtina etməsinə münasibət bildirib.
Qurbanov Qol.Az-ın müxbiri ilə söhbətində futbolçunun millidən imtina etmədiyini, sadəcə baş məşqçi Berti Foqtsla aralarında anlaşmazlıq olduğunu söyləyib.
“Milli futbolçu komandadan imtina etməməlidir. Vaqif yığmadan imtina etməyib. Mən buna inanmıram. Yəqin ki, Foqtsla aralarında müəyyən anlaşmazlıq olub. Çünki Vaqif hər zaman millidə oynayıb. Komandanın əsas oyunçularından olub. Belə halda heç kim yığmadan imtina etməz. Bu barədə onunla danışmışam. Deyir ki, milliyə lazım olsam, çağırsalar, gəlib oynayacağam. Ancaq dəvət gəlməsə, mənlik deyil, gəlməyəcəyəm. Mən də dedim ki, əsas klubunda möhkəmlən. Çünki orada yaxşı çıxış etsən, milliyə özləri dəvət edəcəklər”.
Foqtsun “Mən burada olduğum müddətcə Vaqif milliyə çağırılmayacaq” fikirlərinə də münasibət bildirən Qurbanov alman çalışdırıcı ilə öz arasında olan qalmaqalı da xatırlayıb: “O vaxt mənə də demişdi. Sözünün üstündə durdu. İndi də Vaqif haqqında deyib. Niyə belə qərar verdiyini başa düşmürəm. Millinin qapısı hər bir futbolçunun üzünə açıq olmalıdır. Mən millinin düşərgəsinə zədəli gəlmişdim. Dedim ki, zədəliyəm, məşq edə bilməyəcəm. Onlar da dedilər ki, İlqar bütün günü “McDonalds”da qamburger yeyir, məşq eləmir. Beləcə söhbəti ört-basdır elədilər. Halbuki mən zədəli gəlmişdim, qaça bilmirdim. Bundan sonra da Foqts dedi ki, səni bir daha milliyə çağırmayacağam”.
Mətbuatda Vaqifə qarşı yönələn təzyiqləri düzgün hesab etməyən İlqar onun kimi futbolçulara dəstək olmağın vacibliyini vurğulayıb: “Bu, Azərbaycan futboluna zərbədir. Çünki Vaqif kimi istedadlı futbolçular azdır. Onlara da belə təzyiq göstərirlər. Bəs, kim oynayacaq millidə? Yığmada ən yaxşı çıxış edən futbolçulardan biri də Vaqif, Rauf Əliyevdir. Bu cavanlara dəstək olub, Avropaya göndərmək lazımdır. Amma onu milliyə çağırma, bunu cəzlandır, kimi şeylərin axırı yaxşı olmur. Vaqifin çoxdan xətrinə dəyiblər. Ona görə də bir az küskündür. Yüz faiz bilmirəm. Ancaq mənimlə danışanda deyir ki, mətbuata müsahibə vermək istəmirəm”.
Sonda isə yarımmüdafiəçi millinin seçmə mərhələdki çıxışını dəyərləndirib: “Foqtsun başçılıq etdiyi komanda Əsgər Abdullayevin çalışdırdığı yığmadan 2 xal çox toplayıb. İki xalın nəyi irəliləyişdir? Belə inkişaf olar?”
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi