Azərbaycan millisi: 53 komanda arasında 46-cı yer

ÖLKƏ FUTBOLU 12 Oktyabr 2011 / 17:55 3239
-  A +

UEFA Avro-2012-nin seçmə mərhələsinin başa çatmasından sonra milli komandaların reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, AÇ-2008 və DÇ-2010 seçmə mərhələlərinin də nəticələri nəzərə alınaraq, tərtib olunan siyahıda yığmamız bir pillə irəliləyərək, 46-cı yerə yüksəlib.

Aktivində 14,931 reytinq xalı olan komandamız bu nəticə ilə Qazaxıstan, Lüksemburq, Lixteynşteyn, Farer adaları, Malta, Andorra və San Marino kollektivlərini qabaqlayıb.

Xatırladaq ki, UEFA-nın iyun ayı üçün açıqladığı siyahıda millimiz 47-ci pillədə qərarlaşmışdı.

Reytinq cədvəlinə əvvəlki kimi İspaniya millisi (43,116) başçılıq edir. İkinci pillə isə Hollandiya seçməsi (40,860) yer alıb. İlk "üçlüy"ü isə cari seçmə mərhələdə maksimum nəticə göstərən Almaniya yığması (40,446) tamamlayır.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...