“Mən deyərdim ki, dünən müdafiədə çox oynadıq. Qolu buraxandan sonra komanda yenə də hücuma keçmək barədə düşünmürdü. Bu isə başa düşülən deyildi”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində milli komandamızın hücumçusu Rauf Əliyev deyib. Yığmamızın dünən Türkiyə seçməsi ilə keçirdiyi oyunu dəyərləndirən gənc forvard komandamızın qapalı oynamasından şikayətlənib:
“Çünki artıq itiriləsi heç nə yox idi. İrəli çıxsaydıq, nəsə edə bilərdik. Ancaq bunu da bacarmadıq. Qapalı oynadıq, hərdən isə hücuma keçirdik. Qapıya cəmi iki zərbə oldu ki, onu da Subaşiç vurdu. Başqa elə də təhlükəli epizod yox idi”.
Cəzalı olduğu üçün həmin matçda iştirak edə bilməyən Əliyev oyunu izləyərkən peşmançılıq hissi keçirib: “Oyuna kənardan baxmaq istəmirdim. Matçı izləyərkən məndə peşmançılıq hissi var idi. O atmosferdə meydana çıxa bilmədim. Əlbəttə, kənardan baxanda, adama təsir edir.”
Hücum xətti ilə müdafiəçilər arasında anlaşmazlıq olduğunu söyləyən Rauf Subaşiçin özünün göstərə bilməməsini də məhz bu amillə əlaqələndirib: “Hücuma keçə bilmirdik. Hücumla müdafiə xətti arasında əlaqə yox idi. Subaşiç lazımı pasları ala bilmirdi. Çünki ona yaxşı ötürmələr gəlsəydi, futbolçu da özünü yaxşı tərəfdən göstərə bilərdi. Sadəcə olaraq pas yox idi. 3 pasdan artıq verə bilmirdik. Müdafiadən hücuma keçə bilmirdik”.
“Qarabağ”ın hücumçusu dünənki oyundan əvvəl türkiyəli jurnalistlərin onu fərqləndirməsinə də münasibət bildirib: “Əlbəttə, belə bir ölkədə məni fərqləndirmələri, məni xüsusi olaraq qeyd etmələri olduqca xoşdur. Amma istərdim ki, Türkiyəyə qarşı oynayım. Sarı vərəqə limitində olduğumu bilsəydim, daha diqqətli olardım. Meydanda olsaydım, bəlkə də komandaya xeyirim dəyərdi”.
Əliyev Vaqif Cavadovla Elnur Allahverdiyevin milli komandadan imtina etməsi ilə bağlı isə bunları deyib: “Bu, onların öz fikridir. Əlbəttə, milli komandadan imtina etmək xoş deyil. Çünki yığma futbolçu üçün ən yüksək zirvədir. Onların bu hərəkəti yaxşı deyil. Bu futbolçuları millidə oynamağa heç kim məcbur etməyəcək. Çünki Azərbaycanda kifayət qədər futbolçu var. O olmasın, başqası olsun”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi