Səlçuk İnan: “Nə olursa olsun, Almaniya və Azərbaycana qalib gəlməliyik”

Səlçuk İnan: “Nə olursa olsun, Almaniya və Azərbaycana qalib gəlməliyik”
DÜNYA FUTBOLU 4 Oktyabr 2011 / 19:01 2753
-  A +

“Azərbaycan və Qazaxıstan kimi komandalara qarşı oynayarkən, “bu matçı qazanmalıyıq” – deyə meydançaya çıxırıq. Almaniya ilə qarşılaşanda isə, “bərabərə qalsaq da, heç nə olmaz” deyirik. Bəlkə də belə düşünürük deyə, Azərbaycan və Qazaxıstan kollektivləri ilə görüşlərdə çətinlik çəkirik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Avro-2012-nin seçmə mərhələsində oktyabrın 11-də milli komandamızla qarşılaşacaq Türkiyə yığmasının üzvü Səlçuk İnan deyib. 26 yaşlı futbolçu seçmə mərhələnin qarşıdakı hər iki matçında qələbə qaznamğın vacibliyini vurğulayıb:

“Baş məşqçimizin bir sözü var: türklər çətin olanı sevirlər. Bəlkə də bütün bu problemlər ondan qaynaqlanır. Amma artıq bunlar geridə qaldı. Nə olursa olsun, Azərbaycan və Almaniyaya qalib gəlməliyik”.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner