Sabah işgüzar səfərlə Türkiyəyə, oradan isə Almaniya və Belçikaya yola düşəcək “Bakı”nın türkiyəli vitse-prezidenti Tunc Afşar səfər öncəsi Qol.Az-a müsahibə verib
- Tunc bəy, yeni transferiniz Batistanın altı oyunluq cəzalanması ilə bağlı AFFA-ya etiraz məktubu ünvanlamışdınız. Məsələ nə yerdə qalıb?
- Biz öz məktubumuzu federasiyaya təqdim etmişik və hazırda cavab gözləyirik. İnanırıq ki, AFFA öz səhvini başa düşəcək və Batista məsələsində haqlı qərar çıxaracaq.
- Həsən Suarinin də problemi həll olunmayıb. Premyer-Liqanın ikinci dövrəsi yarıya doğru getsə də, “Bakı” hələ də mərakeşli futbolçunun xidmətindən istifadə edə bilmir.
- Həsənin keçmiş klubu ilə problemi qalmaqdadır. Bu problem isə heç də pulla bağlı deyil. Suarinin sabiq klubu ilə müqaviləsi başa çatıb. Görünür, qarşı tərəf onu buraxmaq istəmir. Artıq məsələ ilə bağlı FİFA-ya müraciət etmişik və onlar araşdırıb bizə cavab deməlidirlər.
- Planınızda apreldə Belçikanın “Anderlext” klubu ilə yoldaşlıq görüşü keçirmək də var idi. Bu məsələ gündəminizdə qalır?
- Əlbəttə. Öncədən onu deyim ki, bu oyunu apreldə yox, yayda keçirməyi nəzərdə tuturuq. Aprel ayında həmin klubun rəsmilərinin Bakıya gələcəyi və klubumuzun prezidenti Hafiz Məmmədovla görüşəcəyi gözlənilir. Bilirsiniz ki, Hafiz bəy çox fəal bir iş adamıdır və boş vaxtı az olur. Amma yəqin ki, imkan tapıb belçikalıları qəbul edəcək və bu məsələ də daxil olmaqla “Anderlext”lə tərəfdaşlığımızın möhkəmlənməsinə dair müzakirələr aparılacaq.
- Türkiyənin “Qalatasaray” klubu ilə də analoji tərəfdaşlıq münasibətləri qurmağa başlamısınız. Bu mənada, Türkiyə klubu ilə bağlı hansı yenilikləriniz var?
- Sabah Türkiyəyə yola düşəcəyəm. Oradan isə Almaniya və Belçikaya yollanacağam. Yenidən Türkiyəyə qayıtdıqdan sonra isə “Qalatasaray”ın baş məşqçisi Bülent Qorxmazla mütləq görüşəcəyəm. Bizim istanbullularla tərəfdaşlıqda əsas məqsədimiz ilk növbədə yeniyetmə futbolçularımızın bu klubun düşərgəsində hazırlıq keçməklə öz ustalıqlarını artırmasıdır.
- Almaniya və Belçika səfərləriniz futbolla bağlıdır, yoxsa şəxsi işlə?
- Demək olar ki futbolla. Orada oynayan bir neçə azərbaycanlı futbolçu var və onların oyunlarını izləmək istəyirəm. Bundan başqa, “Anderlext”lə olduğu kimi, iki alman klubu ilə də tərəfdaşlıq etmək istəyirik. Almaniyada olduğum müddətdə həmin klubların rəhbərləri ilə də görüşüb söhbət edəcəyəm.
- İki azərbaycanlı futbolçudan bəhs etdiniz. Həmin futbolçular haqqında daha ətraflı məlumat verə bilərsiniz?
- O futbolçulardan ikisi Almaniyada oynayır. 17-18 yaşlarında olan həmin uşaqlar Berlinin “Union” klubunda çıxış edirlər. Ampluaları yarımmüdafiəçidir. Belçikanın ikinci divizionunda oynayan digər azərbaycanlı isə hücumçudur və 16 yaşı var.
- Dediyiniz futbolçular “Bakı”ya dəvət olunacaq, yoxsa milli komandaya təklif edəcəksiniz?
- Təbii ki, ora “Bakı”nın nümayəndəsi kimi yollanacam. Amma o da aydındır ki, biz hamımız ilk növbədə Azərbaycan futbolu üçün çalışırıq. Bu mənada, haqqında danışdığım futbolçuların oyunlarını bəyənib klubumuza dəvət etmək qərarını versək, o zaman həmin uşaqları milli komandaya də təklif edəcəyik. İndi AFFA bunda maraqlı olacaq, olmayacaq, bunu artıq mən deyə bilmərəm.
- Dediyiniz futbolçulari nə vaxt “Bakı”ya dəvət etmək istəyirsiniz?
- İlk növbədə oyunlarına baxıb tanış olmalıyam. Əgər hazırlıq səviyyələri qanedici olsa, müqavilə bağlayacağıq. Amma açığı, onların imkanlarından 2 ildən sonra yararlanmaq istəyirik. Qoy, həmin vaxta kimi karyeralarını Avropada davam etdirsinlər. Almaniya və Belçikadakı şəraitlə Azərbaycandakı şəraiti eyni deyil. 2-3 ildən sonra həmin futbolçuların 20 yaşlarını tamamlayacaqlar və məhz həmin vaxt bizə kömək etmək üçün tam hazır olacaqlar.
- AFFA-nın son toplantısında qəbul olunan qərarlara da münasibətinizin öyrənmək istəyirik. Konkret olaraq, birinci divizionda yüksək yer tutaraq elitaya vəsiqə qazanan klubların bundan məhrum olunması haqqında qərar çoxlarının narazılığı ilə qarşılandı. Avropa, eləcə də Türkiyədə belə bir qərarla rastlaşmısınız?
- Qərarın doğru yaxud, yalnış olması ilə bağlə heç bir şərh verməyəcəyəm. Hər halda federasiya belə qərar qəbul edibsə, hörmətlə qarşılayıram. Mənim demək istədiyim başqadır. Adətən, belə qərarlar qəbul edilərkən növbəti mövsüm üçün deyil, ən azı 2 mövsüm sonrası üçün nəzərdə tutulur. Birdən-birə hansısa məsələ haqqında ani qərar vermək doğru deyil. Bu, bütün Avropada belədir. Məsələn, o gün eşidirəm ki, növbəti toplanışda legioner məsələsinə baxılacaq və ola bilsin ki, yenidən limit tətbiq olunsun. Hazırda “Bakı”da elə əcnəbi futbolçular var ki, onlarla il yarım, 2 illik müqavilələrimiz var. Əgər ani olaraq legioner limiti tətbiq olunsa, biz neyləyəcəyik? Həmin legionerlərin xidmətindən imtina etməliyik?
- Düşünmürsünüz ki, bu qərarlar qəbul edilərkən klublarla da məsləhətləşmələr olmalıdır?
- Mütləq olmalıdır. Bundan əlavə, klubların özləri də öz aralarında hansısa birlik yaratmalıdırlar. Məsələn, Türkiyədə “klublar birliyi” deyilən bir qurum var. Orada məhz bu tip məsələlər ətrafında komandalar özləri sərbəst şəkildə müzakirələr aparıb fikirlərini federasiyaya çatdırırlar.
- AFFA Azərbaycan Premyer Liqasının yayım hüququnu da klublardan alaraq PFL-ə verdi. Buna münasibətiniz?
- Bu qərarı doğru qəbul edirəm. Türkiyədə də çempionatın yayım hüququ Türkiyə Futbol Federasiyasına məxsusdur və onlar da tender elan edərək bu hüququ hansısa telekanala satırlar. Bilirsiniz ki, son tenderi «Liq TV» aldı və hazırda Super Liqanın oyunlarını yayınlayır. Sadəcə, bu məsələdə klubların da maraqları qorunmalıdır. Yəni, oyunlarının yayını müqabilində klublara yaxşı pul verilməlidir. Məsələn, «Liq TV»də oyunları yayınlanan iddialı klubların hər biri adıçəkilən telekanaldan 5 milyon dollar alır. Təbii, Azərbaycan reallığında bu məbləğ çoxdur. Amma burda, ən azı, bir milyon dollar ola bilər.
- “Bakı”nın tikintisi gedən bazası və stadionunun son durumu haqqında nə deyərdiniz?
- Stadion məsələmiz hələ açıq qalır. Yəni, “Bakılı” ilə şərikli olaraq eyni stadionun xidmətindən istifadə edəcəyik, yoxsa, öz şəxsi stadionumuzun tikintisi davam etdirəcəyik, bu, hələ dəqiqləşməyib. AFFA “hər klubun öz stadionu olmalıdır” qərarını daha bir mövsümlük uzatdığından bu məsələdə ətraflı düşünməyə vaxtımız var. Hazırda əsas diqqətimizi “Delfin” otelinin ərazisində yerləşən 2 təbii örtüklü, 1 süni örtüklü və 1 çimərlik üçün nəzərdə tutulan meydançaların yekunlaşmasına yönəltmişik və onları bitirmək üzrəyik. Bununla da klubun şəxsi bazası məsələsini də həll etmiş olacağıq.
- Bu gedişlə “Bakı”nın avrokuboklara vəsiqə qazanacağına heç kim şübhə etmir. Çempionlar Liqasında oynamaq şansınız da çoxdur. Belə olan halda yayda “Bakı”nın hansısa transfer “bombası” partladacağını gözləyə bilərik? Həm də unutmayaq ki, qarşınıza böyük hədəflər qoymusunuz.
- Futbol komanda oyunudur. Buna görə heç vaxt konkret bir futbolçunun üzərində dayanmaq olmaz. Bəli, ciddi transferlər planlaşdırırıq. Hətta deyərdim ki, indidən bu işə başlamışıq. Artıq “Bakı” klubunun nümayəndələri Avropaya yollanaraq növbəti mövsüm üçün futbolçu seçiminə başlayıblar. Bilirsiniz, transfer siyasətində səhv etmək istəmirik. Bir futbolçunun ulduz olması hələ heç nə demək deyil. Ola bilsin, hansısa ulduz buraya gəlsin, amma yerli şəraitə uyğunlaşa bilməsin. Transfer məsələlərində hər nüans xırdalığına qədər nəzərə alınmalıdır. Amma qeyd etdiyim kimi, yayda ciddi transferlərimizin olacağını deyə bilərəm.
"Nyukasl" finalda "Liverpul"a qalib gəldi
Klub rəhbərindən “Real”ın qapıçısına sərt cavab
Millimizin heyətində dəyişiklik
Hüseynov bu fikirlərinə görə istefaya göndərilib? - Video
"Sumqayıt" "Turan Tovuz"a belə qalib gəldi - Video
“Hər oyun kobud səhvlər buraxırıq” - Berdıyev
Cavadovdan qələbədən sonra açıqlamalar
Misli Premyer Liqasında 12 günlük fasilə başladı
“Sumqayıt” Tovuzda, “Neftçi” Bayılda qələbə qazandı
“Neftçi”dən 2 qol, Rzadan “qızıl qurtarış” - Video
Cavid Hüseynov istefaya göndərildi
Samir Abasov: “Mənim getməyimi istəyirsiniz?”
Mahir ehtiyat heyətdə yer aldı, “Nürnberq” qələbə qazandı
"Turan Tovuz" - "Sumqayıt" matçı üçün - Heyətlər
Millimizin hazırlıq planı bilindi
Mbappe təqvimdən gileyləndi
Fransa millisinin sabiq üzvü İran klubunda
Azərbaycan cüdoçularından Avropa kubokunda daha 2 medal
"Səbail" - "Neftçi": Heyətlər açıqlandı
"Şamaxı" daha 4 məşqçisi ilə müqaviləni uzatdı
Xusanov öz qapısına qol vurdu, Qvardiola belə reaksiya verdi
Azərbaycanın U-17 millisi bu rəqiblə 2 dəfə qarşılaşacaq
"Zirə"nin üç legionerinə millidən dəvət gəldi
Krivotsyukun komandasından növbəti qələbə
“Uşaqların həvəsi və uğurlarından motivasiya alırıq”
"Şamaxı" Ayxan Abbasovla bağlı qərar verdi - Rəsmi
Millimizin üzvü oynadı, komandası finala yüksəldi
Haaland Premyer Liqada daha bir rekorda imza atdı
"Beşiktaş" tarixində belə uduzmamışdı - Video
Mbappe dubl etdi, "Real" lider oldu
Vüsalın komandasından məğlubiyyət
Zamiq oynadı, komandası heç-heçə etdi
"Sabah" - "Zirə" matçında vurulan qollar - Video
"Hakim qərarları qəribə idi" - Berezutski
Rəşad Sadıqov: "Futbolumuz adına sevinirəm"
"Sabah" "Zirə" ilə heç-heçə etdi
Tovuzda qol vurulmadı - Video
"Qurban müəllimin dediyində həqiqət var" - Azər Bağırov
“Kəpəz” “Qarabağ”la bərabərə qaldı
Millimiz Bolqarıstana qalib gəldi
"Sabah" - "Zirə" matçı üçün - Heyətlər
Levandovski: "Hələ son sözümü deməmişəm"
Flik Alvaresin sayılmayan penaltisindən danışdı