Almaniyanın məhşur idman nəşrlərindən olan “Bild”də Azərbaycan milli komandasının baş məqşçisi Berti Foqtsla bağlı yazı dərc olunub. Qol.Az-ın məlumatına görə, yazının müəllifi Foqtsdan ölkəmiz və onun futbolu haqqında verdiyi suallara aldığı cavab əsasında yazı hazırlayıb. Almaniya jurnalist təcrübəli mütəxəssisin Azərbaycan futbolu ilə bağlı söylədiyi fikirlərin bəzilərini olduğu kimi oxucuların diqqətinə çatdırıb.
Almaniyalı həmkarımızın yazdığına görə, Foqts onunla söhbətində bildirib ki, Uelslə sentyabrda Kardiffdə keçirdiyimiz matçda millinin bir neçə üzvü ilk dəfə yağış altında futbol oynayıb. Foqts eyni zamanda futbolun hələlik Azərbaycanda bir nomrəli idman növü olmadığını deyib: “Azərbaycanda bir nömrəli idman növü güləşdir. Elə ölkə telekanallarında da tez-tez bu idman növündən verilən reportajları görmək mümkündür. Amma futbolun da xeyli populyar olduğunu deyə bilərəm. Hazırda bu ölkə böyük tikinti meydanını xatırladır. Hər yerdə tikinti gedir. Bunun futbola da təsirini görmək mümkündür. Çünki futbola da kifayət qədər maliyə vəsaiti ayrılır”.
“Bild”in əməkdaşının yazdığına görə, Azərbaycan millisi ilə eyni anda Foqtsa Portuqaliyanın məhşur “Benfika” klubundan da konkretv təklif gəlibmiş. Amma almaniyalı ölkəmizdə işləməyi üstün tutub və buna görə qətiyyən peşmançılıq keçirmədiyini də bəyan edib: “Azərbaycana gəldiyimə görə qətiyyən peşman deyiləm. Çünki bu ölkənin futbolu ilə bağlı böyük planlarımız var. Artıq növbəti tədris ilindən etibarən orta məktəblərdə futbol xüsusi fənn kimi tədris olunacaq. Bir sözlə, hələ görüləsi işlər çoxdur”.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq