“2001-ci ildə “Şəmkir”in Çempionlar Liqasında “Barri Taun”a uduzmasının əsas günahkarı Badri Kvaratsxeliya idi. Ağıllı oyunçu heç vaxt qarşılaşmanın 5-ci dəqiqəsində rəqibi vuraraq, qırmızı vərəqə almaz”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Badri Kvaratsxeliyanın ittihamlarına cavab verən Ağasəlim Mircavadov deyib. A.Mircavadov bildirib ki, heç vaxt sevimli oyunçusu olmayıb: “Görürəm Badri özündən çox deyir. Amma o, ümumiyyətlə, “Şəmkir”də həmişə yaxşı oynamayıb. Düzdür, birinci mövsümdə yaxşı çıxış etmişdi. Amma sonradan oyunu zəiflədi, çox pis oynamağa başladı. Çünki oyunlara yaxşı hazırlaşmırdı. Mənim heç vaxt komandada sevimli oyunçum olmayıb. Onun bu ittihamları hamısı əsassızdır. Ümumiyyətlə, sizə sula verirəm, yaxşı oyunçu 5-ci dəqiqədə rəqibə zərbə vuraraq komandasını pis vəziyyətdə qoyar? Özü də Çempionlar Liqasının oynununda. Deməli, hadisələrin bu cür cərəyan etməsi ona lazım idi. “Şəmkir”in o vaxtkı prezidenti Şahbaz Süleymanov da özü hər şeyi çox yaxşı görürdü. Buna görə də axırda komandadan getdi”.
Xatırladaq ki, Badri Kvaratsxeliya “Komanda” qəzetinə verdiyi müsahibədə A.Mircavadovun ünvanına bir sıra sərt ittihamlar səsləndirib. Kvaratsxeliya Mircavadovun onu Şahbaz Süleymanovla düşmən etməkdə və s. günahlandırıb.
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq