Bu axşam Çempionlar Liqasının "play-off" mərhələsinin oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, baş tutacaq 5 qarşılaşmanın hamısı eyni saatda başlayıb.
Ümumilikdə isə ÇL-in qrup mərhələsinə düşmək uğrunda Avropanın 20 komandası mübarizə aparır. Lakin təəssüf ki, bu komandalar arasında Azərbaycan təmsilçisi yoxdur.
Bu turnirdə "Neftçi"ni mübarizədən kənarlaşdıran Xorvatiyanın "Dinamo" klubu isə yoluna davam edir. Artıq Zaqreb təmsilçisinin ÇL-in qrup mərhələsində iştirak edəcəyi rəsmiləşib.
Zaqrebdə keçirilən ilk görüşdə İsveçin "Malmö" klubunu 4:1 hesabı ilə məğlub edən "Dinamo" səfərdə böyük çətinliklə üzləşib. İkinci hissədə qapısında 2 top görən "Dinamo" bu hesabı qorumaqla adını qrup mərhələsinin iştirakçıları sırasına yazdırıb.
Günün digər qarşılaşmalarında isə APOEL (Kipr) "Visla" (Polşa), "Genk" "Makkabi"ni (İsrail) qəbul edib. Səfərdə 0:1 hesabı ilə məğlub olan APOEL öz meydanında "Visla"nı iki top fərqi ilə üstələyib - 3:1. "Genk" isə "Makkabi" ilə dramatik oyunda penaltilər seriyasında qələbə qazanaraq 5-ci xoşbəxt komanda olub.
Digər maraqlı oyunlar isə İspaniya və İsveçrədə baş tutub. İspaniyada yerli "Villareal" komandası Danimarkanın "Odense", İsveçrədə isə "Sürix" öz meydanında Almaniyanın "Bavariya" klubu ilə qarşılaşıb. Rəqiblərini müvafiq olaraq 3:0 və 1:0 hesabı ilə məğlub edən "Villareal" və "Bavariya" klubları da Çempionlar Liqasının qrup mərhələsində oynamaq imkanı qazanıb.
Bununla da, Çempionlar Liqasının qrup mərhələsində oynayacaq 5 komanda müəyyənləşib. Daha 5 komandanın adına isə bu axşam keçiriləcək oyunlardan sonra aydınlıq gələcək.
23 avqust
Çempionlar Liqasının "play-off" mərhələsinin cavab görüşləri
23:45. APOEL (Kipr) - "Visla" (Polşa) (ilk oyun - 0:1) - 3:1
Qollar: Manduka, 29 (1:0), Aylton, 54 (2:0), Vilk (2:1), Almeyda, 87 (3:1)
23:45. "Sürix" (İsveçrə) - "Bavariya" (Almaniya) (ilk oyun - 0:2) - 0:1
Qol: Mario Qomez, 7 (0:1)
23:45. "Malmö" (İsveç) - "Dinamo" (Xorvatiya) (ilk oyun - 1:4) - 2:0
Qollar: Fiqeyredo, 69 (1:0), Yanson, 86 (2:0)
23:45. "Genk" (Belçika) - "Makkabi" (Hayfa, İsrail) (ilk oyun - 1:2) - 2:1 (Penaltilər seriyası - 4:1 )
"Genk": + + + +
"Makkabi": - - +
Qollar: Vossen, 35 (1:0), Qolasa, 37 (1:1), Buffel, 41 (2:1)
23:45. "Villareal" (İspaniya) - "Odense" (Danimarka) (ilk oyun - 0:1) - 3:0
Qollar: Rossi, 50 (1:0), 66 (2:0), Marçena, 82 (3:0)
22 avqust
21:00. "Rubin" (Rusiya) - "Lion" (Fransa) (ilk oyun - 1:3)
23:45. "Udineze" (İtaliya) - "Arsenal" (İngiltərə) (ilk oyun - 0:1)
23:45. "Şturm" (Avstriya) - BATE (Belarus) (ilk oyun - 1:1)
23:45. "Viktoriya" (Çexiya) - "Kopenhagen" (Danimarka) (ilk
oyun - 3:1)
23:45. "Benfika" (Portuqaliya) - "Tvente" (Hollandiya) (ilk oyun - 2:2)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı