Bu gün UEFA Çempionlar Liqasında "play-off" mərhələsinin oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, 20 komanda qruplara düşə bilmək üçün mübarizə aparacaq.
Birinci oyun gününün ən maraqlı görüşlərindən biri Hollandiyada baş tutub. Yerli “Tvente” üçüncü təsnifat mərhələsində “Trabzonspor”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Benfika” klubunu qəbul edib.
Lakin hollandlar öz meydanında "Benfika" ilə bacarmayıb. Meydan sahibləri görüşdə erkən qola sevinsə də, fasiləyə məğlub yollanıblar. Lakin ikinci hissədə daha bir dəfə fərqlənən "Tvente" futbolçuları məğlubiyyətdən yaxa qurtarıblar - 2:2.
Digər maraqlı qarşılaşma isə İngiltərədə keçirilib. Londonun “Arsenal” klubu İtaliya təmsilçisi “Udineze” ilə münasibətlərinə aydınlıq gətirib. Lakin bu oyunun taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində fərqlənən Teo Uolkotun qolu oyunda yeganə olub - 1:0.
Rusiya "Rubin"i isə daha çətin sınaq qarşısında idi. ÇL-in III təsnifat mərhələsində Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdıran "Rubin" bu dəfə Fransa "Lion"u ilə qarşılaşıb. Erkən qolla hesabda önə keçən Kazan təmsilçisi bu uğurun davamını gətirə biməyib və görüşdən 1:3 hesablı məğlubiyyətlə ayırılıb.
İkinci oyun günündə də maraqlı görüşlər keçiriləcək. Sözsüz ki, ən diqqətçəkən oyunlardan biri Zaqreb “Dinamo”su ilə “Malmö” arasında baş tutacaq.
Xatırladaq ki, Xorvatiya təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində “Neftçi”ni turnirdən kənarlaşdırmışdı.
16 avqust
Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyunları
23:45. “Kopenhagen” (Danimarka) – “Viktoriya” (Çexiya) - 1:3
Qollar: Kolar, 52 (0:1), Pilar, 59 (0:2), Öttesen, 69 (1:2), Fillo, 79 (1:3)
23:45. BATE (Belarus) – “Şturm” (Avstriya) - 1:1
Qollar: Veber, 12 (0:1), Simic, 59 (1:1)
23:45. “Tvente” (Hollandiya) – “Benfika” (Portuqaliya) - 2:2
Qollar: Luuk de Yonq, 6 (1:0), Oskar Kardozo, 21 (1:1), Nolito, 35 (1:2), Ruiz, 80 (2:2)
23:45. “Arsenal” (İngiltərə) – “Udineze” (İtaliya) - 1:0
Qol: Toe Uolkot, 4 (1:0)
23:45. “Lion” (Fransa) – “Rubin” (Rusiya) - 3:1
Qollar: Vladimir Dyadyun, 3 (0:1), Qomis, 10 (1:1), 40 (2:1), Briand, 71 (3:1)
Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin cavab oyunları avqustun 23-24-də keçiriləcək.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı