“Qalatasaray”ı Madrid “Atletiko”suna dəyişən Arda Turan İspaniyaya yola düşməzdən əvvəl bu gün mətbuat konfransı təşkil edib.
Qol.Az-ın məlumatına görə, ulduz futbolçu maraqlı açıqlamalar verib. Ardanın mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edirik:
“HAMIYA TƏŞƏKKÜR EDİRƏM”
“12 ilimi, yəni ömrümün yarısını “Qalatasaray”da keçirmişəm. Ona görə də klubun adi işçisindən tutmuş prezidentinə kimi hamıya təşəkkür edirəm. Üzərimdə əməyi olan Adnan Polat, eyni zamanda “Atletiko”ya keçidimə icazə verən Ünal Aysal və Əli Dürüstə minnətdarlığımı bildirirəm. “Qalatasaray” tərəfdarlarına sözüm var. Mən də onlardan biri idim. Futbola tribunadan gəldim. İndi isə “Atletiko”ya gedirəm. Mən orda da “Cim-Bom”u, doğma komandamı dəstəkləyəcəyəm. Bundan əmin ola bilərlər”.
“FATİH TERİMLƏ VİDALAŞMAQ İMKANIM OLMADI”
“Fatih Terim gələndən sonra ölkə xaricindən təkliflər almağa başladım və getmək qərarına gəldim. Bu qərarımı ailəmlə də müzakirə etmişəm. Ola bilsin ki, Terim məndən inciyəcək. Ancaq o da “Fiorentina”ya gedəndə “Mən Qalatasaray”lıyam və orada da “Qalatasaray”ı təmsil edəcəyəm” demişdi. İndi mən də onun dediklərini söyləyirəm. Məni anlayışla qarşılayacağına ümid edirəm. Onunla vidalaşmaq imkanım olmadı. Ancaq bunu etmək üçün mütləq Türkiyəyə qayıdacağam”.
“ÖNCƏ ALLAH, SONRA “QALATASARAY”
“Əmrə Bələzoğluna böyük hörmətim var. “Qalatasaray” azarkeşinin onun hərəkətlərinə reaksiya verməsi normaldır. Ancaq Əmrə geydiyi formaya hörmət edən bir insandır. “Sarı-qırmızılı” tərəfdara yaraşan onu fitə basmamaqdır. Ancaq belə bir fikirləri varsa, bunu milli komandanın oyununda yox, “Fənərbaxça” ilə görüşlərdə etməlidirlər. Öz istəyimlə müqavilənin şərtlərinə belə bir bənd əlavə etdim ki, Türkiyəyə qayıtsam, ancaq “Qalatasaray”ın formasını geyinəcəyəm. Bu fikirləri əvvəllər də demişdim, indi də təkrarlayıram. Mənim üçün öncə Allah, sonra “Qalatasaray”dır”.
“REAL”DAN DA TƏKLİF ALSAYDIM, YENƏ “ATLETIKO”YA GEDƏCƏKDİM”
Ailəmlə dünən imsakda vidalaşdım. Rəfiqəm də İspaniyaya getmək qərarımı dəstəklədi. Bir çox klubdan təklif var idi. Ancaq onu da deyim ki, hətta “Real”dan da təklif alsaydım, yenə “Atletiko”ya keçəcəkdim. Çünki “Visente Kalderon” stadionuna çıxanda çox təsirlənmişdim. Bundan sonra “Atletiko” üçün bütün varlığımla çalışacağam. Bu komandada hansı nömrəli forma altında çıxış edəcəyim məlum deyil. Ancaq mən 14 və ya 66 nömrəli formanı geymək istərdim”.
“QALATASARAY”IN KAPITANI FİTƏ BASILMAMALI İDİ”
“İçimdə bir az küskünlük var. Belə hallar ailə üzvləri arasında ola bilər. Bu, normaldır. Ancaq mənə görə, “Qalatasaray”ın kapitanı fitə basılmamalı idi. Zədəli vaxtlarım oldu və həmin anlarda azarkeşlərimizin mənə daha çox sahib çıxmasını gözləyirdim. “Qalatasaray”da kapitanlıq sarğısını pis daşımadım. Kapitan olmaq komandaya kubok qazandırmaq demək deyil. Bir “Qalatasaray” azarkeşi olaraq ən böyük arzum budur ki, məndən sonra komandanın kapitanı Səbri olsun”.
“HAMINIZI ÇOX SEVİRƏM”
“Qalatasaray”dan pula görə ayrılmadım. Bu, səbəb deyil. Ümumiyyətlə, klubla mənim aramda pulla bağlı heç vaxt problem olmayıb. Başqa klublrdan da təklif var idi. Ancaq həm “Qalatasaray”ı, həm də özümü düşündüyüm üçün “Atletiko”nu seçdim. Quus Hiddink də ölkə xaricində oynamağımı istəyirdi. Sonda isə məni Messi ilə müqayisə edənlərə bunu demək istəyirəm. “Tövbə deyin”. Messi dahi futbolçudur. Haqqınızı halal edin. Hamınızı çox sevirəm”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı