Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının "play-off" mərhələsinin püşkatma mərasimi keçirilib.
Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək püşkatmada bütün komandaların rəqiblərinə aydınlıq gəlib.
Təəssüf ki, bu mərhələdə Azərbaycan təmsilçisi yoxdur. Bakının "Neftçi" klubu Xorvatiya çempionu "Dinamo" (Zaqreb) komandası ilə mübarizədə məğlub olaraq Çempionlar Liqası ilə erkən vidalaşmışdı.
"Neftçi"ni mübarizədən kənarlaşdıran "Dinamo" yoluna davam edir. Ötən gün Finlandiyanın HİK klubunu mübarizədən kənarlaşdıran Zaqreb təmsilçisinin bu gün rəqibi müəyyənləşib. "Dinamo" İsveçin "Malmö" klubu ilə qarşılaşacaq.
Çempionlar Liqasının "play-off" mərhələsində "böyük beşlik" ölkələrinin təmsilçiləri də var. Bunlar arasında Almaniyanın "Bavariya", İngiltərənin "Arsenal", Fransanın "Lion" Portuqaliyanın "Benfika" və İspaniyanın "Villareal" klublarını qeyd etmək olar.
Artıq klubların yer aldığı səbətlər də məlumdur. Püşkatma zamanı məhz bu komandalar bir-birilərinə rəqib olacaqlar.
UEFA Çempionlar Liqası "play-off" mərhələsi
Səpələnmişlər
"Kopenhagen" (Danimarka)
BATE (Belarus)
"Makkabi" (Hayfa, İsrail)
"Dinamo" (Zaqreb, Xorvatiya)
APOEL (Kipr)
Səpələnməmişlər
"Visla" (Polşa)
"Şturm" Graz (Avstriya)
"Genk" (Belçika)
"Viktoriya" (Çexiya)
"Malmö" (İsveç)
"Böyük beşlik" ölkələrinin təmsilçilərinin potensial rəqibləri də bəllidir:
Səpələnmişlər
"Bavariya" (Munhen, Almaniya)
"Arsenal" (İngiltərə)
"Lion" (Fransa)
"Benfika" (Portuqaliya)
"Villarreal" (İspaniya)
Səpələnməmişlər
"Tvente" (Hollandiya)
"Rubin" (Rusiya)
"Udinese" (İtaliya)
"Sürix" (İsveçrə)
"Odense" (Danimarka)
Artıq Çempionlar Liqasının "play-off"unda qarşılaşacaq cütlüklər müəyyənləşib.
"Kopenhagen" (Danimarka) - "Viktoriya" (Çexiya)
BATE (Belarus) - "Şturm" Graz (Avstriya)
"Makkabi" (Hayfa, İsrail) - "Genk" (Belçika)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Malmö" (İsveç)
"Visla" (Polşa) - APOEL (Kipr)
"Bavariya" (Munhen, Almaniya) - "Sürix" (İsveçrə)
"Arsenal" (İngiltərə) - "Udinese" (İtaliya)
"Lion" (Fransa) - "Rubin" (Rusiya)
"Tvente" (Hollandiya) - "Benfika" (Portuqaliya)
"Odense" (Danimarka) - "Villareal" (İspaniya)
Qeyd edək ki, "play-off" mərhələsinin ilk oyunları avqustun 16-17-də, cavab görüşləri isə ayın 23-24-də keçiriləcək.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı