Türkiyə məhkəməsi “Qalatasaray”ın çempionluğunu şübhə altına aldı

Türkiyə məhkəməsi “Qalatasaray”ın çempionluğunu şübhə altına aldı
DÜNYA FUTBOLU 4 Avqust 2011 / 18:30 2668
-  A +

Türkiyədə danışılmış oyunlarla bağlı istintaq dərinləşir. Qol.Az-ın məlumatına görə, məhkəmə 2005-06-cı illər mövsümündə “Qalatasaray”ın çempionluğu ilə nəticələnən çempionatı araşdırmaq barədə qərar çıxarıb.

Qeyd edək ki, həmin mövsümdə son tura qədər “Fənərbaxça” və “Qalatasaray”ın xalları eyni idi. “Sarı-lacivərdlilər” sadəcə top fərqinə görə əzəli rəqibini qabaqlaylayırdı. Lakin son turda “Cim-Bom”un qalib gəlməsi, “Fənər”in isə “Dənizlispor”la səfər oyununda xal itirməsi “Qalatasaray”ın çempion olması ilə nəticələnmişdi.

Həmin vaxt “Fənərbaxça” tərəfi “sarı-qırmızılılar”ın “Dənizlispor”u stimullaşdırması ilə bağlı açıqlamalar versə də, bu məsələ elə də ciddiyə alınmamışdı. Ancaq Əziz Yıldırımın həbsindən sonra Türkiyə məhkəməsi bütün baş verənləri nəzərə alıb, 2005-2006-cı illər mövsümünü araşdırmağı məqsədəuyğun bilib.

Qeyd edək ki, “Qalatasaray”ın həmin çempionatda keçirdiyi bütün oyunlar incələnəcək.

Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır