Türkiyənin avrokubok iştirakçılarının oyunları təxirə salına bilər

Türkiyənin avrokubok iştirakçılarının oyunları təxirə salına bilər
DÜNYA FUTBOLU 17 Avqust 2026 / 20:24 253
-  A +

Avrokuboklarda pley-off mərhələsində mübarizə aparacaq “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” Türkiyə Superliqasının 2-ci turunda keçirilməli olan oyunlarının təxirə salınması üçün Türkiyə Futbol Federasiyasına müraciət ünvanlamağa hazırlaşır.

QOL.az xəbər verir ki, sıx oyun qrafikinə görə klubların müraciətlərində Superliqanın 2-ci turunda keçirilməsi planlaşdırılan “Fənərbaxça” - “Konyaspor”, “Alanyaspor” - “Beşiktaş” və “Trabzonspor” - “Başakşəhər” matçlarının təxirə salınması qeyd ediləcək.

Xatırladaq ki, “Fənərbaxça” UEFA Çempionlar Liqasının pley-off mərhələsində avqustun 18-də Fransanın “Lion” klubunu qəbul edəcək. “Beşiktaş” avqustun 20-də UEFA Avropa Liqasının pley-offunda Litvanın “Kauno Jalgiris” komandası ilə, “Trabzonspor” isə eyni tarixdə Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

Klubların rəsmi müraciətlərindən sonra qərar TFF tərəfindən veriləcək. Tələblər təsdiqlənərsə, təxirə salınan oyunların yeni tarixləri federasiya tərəfindən açıqlanacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner