Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı planlarını açıqlayıb.
QOL.az xəbər verir ki, 41 yaşlı futbolçu “Vogue” nəşrinə açıqlamasında futbolu buraxdıqdan sonra həyatında yaranacaq boşluğu müxtəlif fəaliyyətlərlə doldurmaq istədiyini bildirib:
“Gələcəyim artıq planlaşdırılıb. Məni məşğul edəcək çox işim var. Onların sayı o qədər çoxdur ki, konkret birini demək çətindir. Futbol böyük bir boşluq yarada bilər və onu yalnız bir şeylə yox, müxtəlif yollarla doldurmaq lazımdır. Daha çox əylənmək, səyahət etmək, izləmək və padel oynamaq istəyirəm. Həmçinin həyat yoldaşımlaəldə etdiklərimizdən zövq almağa davam etmək istəyirəm".
Qeyd edək ki, Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 30 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 5 matçda 3 qol vurub.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər