"Barselona"nın futbolçusu Premyer Liqaya yollanır

"Barselona"nın futbolçusu Premyer Liqaya yollanır
DÜNYA FUTBOLU 10 Avqust 2026 / 22:09 408
-  A +

"Barselona"nın müdafiəçisi Ronald Arauho 2026/27 mövsümünü "Liverpul"da icarə əsasında keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

"Liverpul"un açıqlamasında icarə müqaviləsinin iş icazəsinin alınması və beynəlxalq razılaşdırma prosesinin uğurla başa çatması şərti ilə qüvvəyə minəcəyi bildirilib.

Uruqvaylı futbolçu 2018-ci ildən "Barselona"da çıxış edir və hazırda komandanın ilk kapitanıdır. Arauho əsas komandanın heyətində 8 yerli titul qazanıb.

Qeyd edək ki, o, ötən mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 4 qol vurub.


Qarabağ FK
Son xəbərlər
topaz banner