Kurt Zuma BƏƏ klubunda

Kurt Zuma BƏƏ klubunda
DÜNYA FUTBOLU 11 İyul 2026 / 12:49 382
-  A +

Fransa millisinin sabiq müdafiəçisi Kurt Zuma karyerasını BƏƏ-də davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı futbolçu "Palm Siti"yə keçib. Təcrübəli müdafiəçi ilə müqavilə yaxın günlərdə açıqlanacaq.

Zuma karyerası ərzində "Sent-Etyen", "Çelsi", "Stok Siti", "Everton", "Vest Hem" klublarında çıxış edib. O, həmçinin Fransa millisinin də formasını geyinib.

Müdafiəçi ötən mövsüm Rumıniyanın ÇFR klubunda 3 oyunda iştirak edib. 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner