"Qarabağ" hesabda öndə - Yenilənir

"Qarabağ" hesabda öndə - Yenilənir
AVROKUBOKLAR 9 İyul 2026 / 20:48 4784
-  A +

Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya "Vestri"si ilə üz-üzə gəlir.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb. Matçı Roman Jitar (Moldova) idarə edir.

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olacaq.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) - "Vestri" (İslandiya) - 2:0 (Fasilə)

Qol: Zakaria Savo, 30, Abdullah Zubir, 45+2

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova)

VAR: Luka Çibelli (İsveçrə)

AVAR: Anoen Kanaqasinqam (İsveçrə)


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner