Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov "Sabah" və "Zirə"nin avrokuboklarda keçirdiyi ilk oyun haqqında danışıb.
“Sabah” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Uels çempionu TNS-i 2:0 hesabı ilə məğlub edib. “Zirə” isə UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” klubunu qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Təcrübəli mütəxəssis QOL.az saytına açıqlamasında bildirib ki, hər iki təmsilçimizin uğurlu startı çox önəmlidir.
"İlk turda istədiyin oyun olmaya bilər, amma nəticə vacibdir. Unutmayaq ki, yay toplanışından sonra komandalar hələ o dərəcədə yüklənməyiblər, öz formalarına düşməyiblər. Nəticə ona görə önəmlidir ki, komandada qələbə ruhunu, xarakteri saxlayır” - deyə Mircavadov bildirib.
78 yaşlı mütəxəssis həm “Sabah”ın, həm də “Zirə”nin mərhələni keçəcəyinə inandığını deyib: “Sabah” və “Zirə” çox sakit halda ilk oyununu qələbə ilə başa vurdu. Elə də böyük çətinlik çəkmədilər. “Sabah” hələ o oyunla az qol vurdu. Çünki üstünlüyü böyük idi. “Zirə”nin künc zərbəsindən qol vurmağı da yaxşı haldır. İndi biz görürük ki, dünya çempionatında da komandalar cinahlardan asmalar və künc zərbələrindən necə istifadə edirlər. İkinci mərhələyə hazırlaşmaq lazımdır. Məncə, hər iki komandamız ilk mərhələni keçəcək. Hər halda cavab oyununa da ciddi yanaşmalıyıq. Bilirəm ki, həm “Sabah”, həm də “Zirə” bunu çox yaxşı dərk edir”.
A.Mircavadov “Zirə”nin avrokuboklara gedəcəyini sonradan bilməsi və buna görə komandanın turnirə hazırlaşmaq üçün vaxtının az olmasını xatırladıb. O, qısa zamanda komandanı oyuna yaxşı hazırlayan baş məşqçi Rəşad Sadıqovun işini yüksək qiymətləndirib:
“Təbii ki, qısa müddətdə oyunçuları hazırlamaq, motivasiya etmək, düzgün plan qurmaq asan deyil. Burada məşqçi amili çox vacibdir. Mən komandada bir neçə dəyişiklik gördüm. Məsələn, kapitan Qismət Alıyev həmişə müdafiənin sağ cinahında oynasa da, dünən solda idi. Çünki universal oyunçudur. Məncə, orta xətdə də o cür oynaya bilər. Topla yaxşı davranır, cəlddir və fiziki hazırlığı yerindədir.
Məlum səbəbdən “Zirə”nin heyətində kasadlıq var. Komanda bir qədər gücləndirilməlidir. Bəlkə də, danışıqlar gedir, transfer olacaq. Hər halda Rəşad Sadıqov uzaqgörən insandır. Yəqin ki, bununla bağlı bir tədbir görəcək”.
78 yaşlı mütəxəssis “Torpedo”nun köklü klub olduğunu, ancaq “Zirə”nin ilk oyunda mərhələnin taleyini böyük ölçüdə həll etdiyini vurğulayıb: “Gəncə Azərbaycan futbolu üçün nədirsə, “Torpedo”nun təmsil olunduğu Kutaisi də Gürcüstan üçün elədir. Həmişə o şəhərdən yaxşı futbolçular çıxıb. Çox böyük futbol ənənəsi olan yerdir. Bildiyimə görə, hazırda yaxşı sponsorları, şəraitləri də var. Azarkeşləri çılğındır. Cavab matçında böyük azarkeş dəstəyi olacaq. Amma "Zirə"nin ilk görüşdə 3:0 hesablı qələbə qazanması cavab oyunundan əvvəl böyük üstünlük qazandırdı. Rəqib hücuma aludə olacaq və boşluqlar yaranacaq. "Zirə" də bundan istifadə etməlidir”.
A.Mircavadov bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” klubuna qarşı Bakıda keçirəcəyi görüşlə bağlı da danışıb: “Qarabağ”ın heyətində çox böyük dəyişikliklər var. Amma oyun sistemləri eyni qalır. Çox güman ki, o oyun sisteminə uyğun da futbolçular alıblar. Yəni yeni transferlər də həmin oyunu oynayacaq. Mən düşünürəm ki, “Qarabağ” bu gün böyük hesabla qalib gələcək. Bu, komanda üçün də vacibdir. Çünki yeni heyət qurulub. Bu futbolçuların çoxqollu qələbəyə ehtiyacı var”.
Ramiq Ağaməmmədov
"Qarabağ" başlayır
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır