DÇ-2026-da günün oyunları - İngiltərə 1/8 finalda

DÇ-2026-da günün oyunları - İngiltərə 1/8 finalda
DÇ-2026 1 İyul 2026 / 22:00 12999
-  A +

DÇ-2026-da 1/16 final mərhələsinin oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matçdan ikisi başa çatıb.

Meksika Ekvadorla üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib. 2-ci görüşdə İngiltərə Konqonu sınağa çəkib. Matç İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Meksika 1/8 finalda İngiltərə yığması ilə qarşılaşacaq.

Günün son oyununda isə Belçika Seneqalla qarşılaşacaq. Cütün qalibi 1/8 finalda ABŞ - Bosniya və Herseqovina duelinin üstün tərəfi ilə üz-üzə gələcək.

DÇ-2026

1/16 final

20:00. İngiltərə – Konqo DR - 2:1

Qol: Brayan Sipenqa (0:1), 7, Harri Keyn, 75 (1:1), Harri Keyn, 86, (2:1)

Meksika  – Ekvador - 2:0

Qollar: Xulian Kinones, 22, Raul Ximenez, 31

Qırmızı vərəqə: Piero Hinceyp, 90+5 (Ekvador)

00:00. Belçika  – Seneqal


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner