Türkiyənin “Qalatasaray” klubu aparıcı futbolçusu Arda Turanla bağlı qərar verib.
Qol.Az-ın məlumatına görə, klubun idarə heyətinin üzvü Cəlal Gürcan “Radyospor”a açıqlamasında 24 yaşlı yarımmüdafiəçinin “Cim-Bom”da özünü xoşbəxt hiss etdiyini bildirib.
Onun sözlərinə görə, Adnan Polat “Cim-Bom”un prezidenti olduğu vaxt İspaniya “Atletiko”sundan Ardaya təklif gəlib: “Bu və digər təklifləri futbolçunun özü dəyərləndirəcək. Hələliksə reallıq budur - Arda “Qalatasaray”dadır, “Qalatasaray”ın futbolçusudur və komanda ilə birgə təlim-məşq toplantısına yollanacaq”.
Gürcan bildirib ki, Turanın beyni qarışıq deyil: “Fatih Terim olan yerdə futbolçunun beyni qarışıq ola bilməz. Bir problem olsa, bunu Terim çözə bilər. Çünki komandanın rəhbəri odur”.
Mateta "Yuventus"a keçir
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb
“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Çelsi" evdə qələbə qazandı
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?
“Turan Tovuz” ev oyunlarını yenə Bakıda keçirəcək
“Neftçi”də yeni transfer olacaq? - Yuri Vernidub danışdı
Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi
Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real" "Levante"yə qalib gəldi
“Turan Tovuz”un ilk sınağı uğursuz oldu