Fransa - İraq matçı yarımçıq dayandırıldı - Yenilənib

Fransa - İraq matçı yarımçıq dayandırıldı - Yenilənib
DÇ-2026 23 İyun 2026 / 02:25 12221
-  A +

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Fransa və İraq arasında keçirilən oyun yarımçıq dayandırılıb.

QOL.az xəbər verir ki, buna matçın ilk hissəsinin sonlarına yaxın başlayan şiddətli yağış və ildırım çaxması səbəb olub.

Həmçinin oxuyun: Fransa - İraq oyunu təxirə salına bilər

Oyunun baş hakimi görüşü yarımçıq dayandırıb. İldırım təhlükəsinə görə azarkeşlərdən tribunaları tərk etmələri xahiş edilib. Oyun dayandırılan ana qədər Fransa millisi Kilian Mbappenin 14-cü dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə öndə olub.

Stadionda matçın ikinci hissəsinin nə vaxt keçirilməsinin bəlli olmadığı elan edilib.

Xatırladaq ki, daha əvvəl ildırım səbəbindən oyunun təxirə salınacağı ilə bağlı xəbərlər yayılmışdı.


Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

topaz banner