İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi

İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
DÇ-2026 13 İyun 2026 / 07:43 873
-  A +

İngiltərə millisinin düşərgəsində xoşagəlməz hadisə yaşanıb.

QOL.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb Bildirilib ki, komandanın Florida ştatından Kanzas Sitiyə furqonla göndərilən avadanlıqlarının bir hissəsi yolda oğurlanıb. Oğurlanan əşyalar arasında futbolçuların butsları, toplar və məşq ləvazimatları da var.

Bununla yanaşı, baş məşqçi Tomas Tuhelin istifadə etdiyi taktiki lövhələr, analitik avadanlıqlar və masaj masalarının da yoxa çıxdığı bildirilir.

İngiltərə millisi dünya çempionatına hazırlıq çərçivəsində Floridada təlim-məşq toplanışı və yoxlama oyunları keçirib. Komanda burada Yeni Zelandiya, Kosta-Rika və “Mayami Yunayted” üzərində qələbələr qazanıb.

Qeyd edək ki, İngiltərə yığması DÇ-2026-da ilk oyununu iyunun 17-də Xorvatiya millisinə qarşı keçirəcək.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner