Azərbaycan klubunun futbolçusu Braziliyaya qarşı oynadı

Azərbaycan klubunun futbolçusu Braziliyaya qarşı oynadı
DÇ-2026 1 İyun 2026 / 08:07 714
-  A +

DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib.

QOL.az-ın xəbərinə görə, görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Braziliyadan Vinisius Junior (1), Kazemiro (38), Roşa (52), Paketa (59), Tyaqo (63-pen.) və Danilo (81), Panamadan isə Kunya (13-avtoqol) və Xarvi (83) vurublar.

Qeyd edək ki, matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də olub. Ehtiyatda yer alan 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana daxil olub. 

Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətinə salınıb.


Son xəbərlər
topaz banner