Noyer mundialı buraxa bilər

Noyer mundialı buraxa bilər
DÇ-2026 20 May 2026 / 15:37 1172
-  A +

Almaniya millisinin qapıçısı Manuel Noyer zədə səbəbindən dünya çempionatını buraxa bilər.

QOL.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

"Bavariya"nın 40 yaşlı qolkiperi Bundesliqanın son turunda “Köln”ə qarşı keçirilən oyunda baldır əzələsindən zədə alıb. Klubunda məşqlərə qatılmayan qapıçının durumu sabahkı müayinədən sonra bəlli olacaq. 

Noyerin Almaniya millisi ilə dünya çempionatında iştirakı da bu müayinələrin nəticələrindən asılı olacaq.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner