“İmişli” klubunun təşəbbüsü ilə Azərbaycan futbolunun inkişafında böyük xidmətləri olmuş, hazırda da futbol fəaliyyətində olan və ya təqaüddə olan 40 veteran futbolçuya Qurban bayramı münasibətilə sovqat təqdim edilib.
QOL.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi bayram günündə futbol veteranlarını yad etmək, onların Azərbaycan futbolunun inkişafındakı əməklərini dəyərləndirmək, eyni zamanda Qurban bayramının müqəddəs məramına uyğun olaraq sosial məsuliyyət çərçivəsində aztəminatlı veteran futbolçulara da dəstək göstərmək olub.
“Neftçi” bazasında baş tutan görüşdə “İmişli” klubunun vitse-prezidenti Şirin İbrahimova, klubun meneceri İlkin Əhmədov və mətbuat katibi Leyla Behbudlu iştirak ediblər. Tədbirdə çıxış edən klub nümayəndələri “İmişli”nin prezidenti Kamran Eyyubovun bayram təbriklərini və xoş arzularını veteran futbolçulara çatdırıblar.
Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev də çıxışında Premyer Liqa klubları arasında belə bir təşəbbüslə ilk dəfə məhz “İmişli”nin çıxış etdiyini vurğulayıb. O, bu addımı yüksək qiymətləndirərək klub rəhbərliyinə təşəkkürünü və minnətdarlığını bildirib.
Öz növbəsində Azərbaycan futbolunun inkişafında mühüm rol oynamış veteran futbolçular da göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, “İmişli”nin gələcək fəaliyyətində uğurlar arzulayıblar. Futbol Veteranları İttifaqının sədri tərəfindən klub nümayəndələrinə simvolik hədiyyələr və forma təqdim olunub.
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb