AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 15 min manat cərimə edib.
QOL.az xəbər verir ki, qərar komitənin bugünkü iclasından sonra açıqlanıb. Qərarda bildirilib: "Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin".
Bundan başqa Azərbaycan kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub daha 5000 manat cərimələnib.
Xatırladaq ki, "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Azərbaycan kubokunun yarımfinal mərsəhələsində "Zirə"yə uduzduqları ilk oyundan (0:2) sonra hakimlərin onlara qarşı qərəzli olduğunu bildirib. O deyib ki, FİFA referisi Əliyar Ağayevin matça təyinat almasından sonra başlarına oyun gələcəyindən şübhələniblər. Hətta klub rəhbəri "Haqqımız Əliyar Ağayevin haramı olsun" ifadəsini də işlədib.
Daha sonra AFFA Hakimlər Komitəsi Əliyar Ağayevin "Turan Tovuz" klubunun lehinə olan iki penaltini vermədiyini təsdiqləyib.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı