Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu

Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
DÜNYA FUTBOLU 7 Aprel 2026 / 11:55 473
-  A +

Braziliya millisinin sabiq yarımmüdafiəçisi, “San-Paulu” klubunda çıxış edən Oskar 34 yaşında karyerasını başa vurub. 

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. Belə bir qərarın verilməsinə futbolçunun səhhətindəki problemlər səbəb olub.

Qeyd edək ki, Oskar 2025-ci ilin 11 noyabrında planlı tibbi müayinəsi zamanı huşunu itirmiş, sonradan ona ürək problemləri diaqnozu qoyulmuşdu.

Oskar karyerası ərzində “Çelsi” (2012–2017), “İnter” və “Şanxay Port” klublarında da çıxış edib. Londonda oynadığı müddətdə İngiltərə çempionu olub. O, “San-Paulu”nun yetirməsidir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner