"Müqaviləm ilin sonuna qədər qüvvədədir" - Millinin baş məşqçisi

"Müqaviləm ilin sonuna qədər qüvvədədir" - Millinin baş məşqçisi
ÖLKƏ FUTBOLU 29 Mart 2026 / 19:34 641
-  A +

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series - 2026” turniri çərçivəsində Syerra Leone yığması ilə keçiriləcək qarşılaşmadan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

QOL.az xəbər verir ki, mütəxəssis komandasının hazırlığı ilə yanaşı, müqavilə məsələləri və "Şamaxı" klubu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Mütəxəssis həm klub, həm də milli səviyyəsindəki müqavilə detallarına toxunaraq bildirib:

"Klubla yayda müqaviləmiz bitir. Milli ilə də danışığımız olmuşdu ki, yay toplanışından sonra mövzuları müzakirə edəcəyik. İlin sonuna qədər müqaviləm var. Bu turnir önəmlidir. Qərarlar veriləcək".

Daha çox


Son xəbərlər
topaz banner