“Zirə”ni müdafiəçisi Ruan Renatonun QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 25-ci turunda səfərdə “Karvan-Yevlax”ı 1:0 hesabı ilə məğlub etdiniz. Oyun barədə nə deyə bilərsiniz?
- Bilirik ki, səfərdə “Karvan-Yevlax”a qarşı oynamaq heç də asan deyil. Süni ot örtüyü meydanda etmək istədiklərimizi daha da çətinləşdirirdi. İstənilən halda layiqli mübarizə apardıq. Rəqib də çox yaxşı performans sərgilədi. Yaxaladığımız qol epizodlarını daha yaxşı dəyərləndirsəydik, nəticə fərqli olardı. Amma yalnız bir imkandan yararlandıq. Bunun sayəsində də 3 xalı əldə etdik.
- Qələbəni çətinliklə əldə etməyinizi yalnız qol epizodlarının qaçırılması ilə əlaqələndirirsiniz?
- Öncə onu deyim ki, “Karvan-Yevlax” turnir cədvəlində sonuncu pillədə qərarlaşsa da, heç də zəif deyil. Xüsusən son turlar əla çıxış edirlər. Bizə qədər “Araz-Naxçıvan”, “Sumqayıt” kimi iddialı komandalara da çətinlik yaratmışdılar. Həm də turnir cədvəlinin sonlarında qərarlaşan komandalara qarşı mövsümün sonunda mübarizə aparmaq daha çətin olur. Onlar artıq ölümünə mübarizə aparırlar. Dediyim kimi, çoxsaylı qol epizodlarımız oldu. Vəziyyətlərdən anında istifadə edə bilmədik.
- Bir gün qabaq “Araz-Naxçıvan” Şamaxıda qələbə qazanmaqla turnir cədvəlində “Zirə”ni geridə qoymuşdu. Bu məqam oyundan əvvəl üzərinizdə təzyiq yaradırdı?
- Deməzdim. Biz rəqiblərin qazandığı nəticələrdən asılı olmayaraq hər matça qələbə üçün çıxırıq. Son 2-3 mövsümdə məhz bu cür yanaşma ilə avrokuboklara vəsiqə qazanmışıq. Rəqibin kimliyi fərq etmir, hər matçda məqsədimiz 3 xaldır. Əlavə təzyiqdən söhbət gedə bilməz.
- Səfərdə qələbə qazansanız da, son turlar “Zirə” elə də inamlı təsir bağışlamır. Buna qədər “Kəpəz”lə oyunda xal itirdiniz, “Qarabağ”a uduzdunuz... Bu məqamları nəzərə alaraq qarşıdakı fasilənin “Zirə”nin xeyrinə olacağını proqnozlaşdırmaq mümkündür?
- Mən yaxşı formada olmadığımızı düşünmürəm. Sadəcə mövsümün müəyyən hissəsi artıq geridə qalıb. Rəqiblər necə mübarizə apardığımızı bilirlər, bizə qarşı əllərindən gələni edirlər. Fasilə xeyrimizə olacaq. Həm istirahət üçün vaxtımız olacaq, həm də çatışmazlıqları aradan qaldıra biləcəyik. Lakin yaxşı formada olmadığımız fikri ilə razı deyiləm. Müəyyən çətinliklərimiz oldu, düzdür. Bu da itkilərlə bağlıdır. Bəzi önəmli futbolçular zədə səbəbindən komandaya kömək edə bilmədilər.
- “Zirə”nin avrokubok şansını necə dəyərləndirirsiniz?
- Mövsüm öncəsi qarşımıza qoyulan hədəf məhz budur. Sona qədər mübarizə aparacağıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Əlimizdən gələni edəcəyik ki, ən önəmli hədəfimizə çataq. Bunun üçün hər iki cəbhədə sona kimi mübarizə aparacağıq.
- “Karvan-Yevlax”la oyunda protokolda mexaniki səhv var idi, soyadınız Renato deyil, Renatov yazılmışdı. Artıq 5 ildən artıqdır ki, ölkəmizdə çıxış edirsiniz, hətta bir ara milliləşdiriləcəyiniz barədə xəbər də yayılmışdı. Azərbaycan millisindən təklif gəlsə, buna reaksiyanız necə olacaq?
- Protokolda Ruan Renatov yazılıb? (gülür). Maraqlı səslənir. Təbii ki, şans verilsə, Azərbaycan millisində oynamağa hazıram. Bunun üçün əlimdən gələnin ən yaxşısını edərəm.
"Milan"Leaunu itirdi
“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video