“Qarabağ” uduzdu, çempionluq yolunda ağır zərbə aldı

“Qarabağ” uduzdu, çempionluq yolunda ağır zərbə aldı
PREMYER LİQA 20 Mart 2026 / 16:57 9066
-  A +

Misli Premyer Liqasında 25-ci tur davam edir.

QOL.az xəbər verir ki, 3-cü oyun günündə 2 matçdan biri başa çatıb.

Əvvəlcə "Kəpəz" "Qarabağ"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bu komandalar arasında 1-ci dövrədəki oyunda "Qarabağ", 2-ci dövrədəki matçında isə "Kəpəz" qələbə qazanmışdı.

Bu məğlbuiyyət "Qarabağ" üçün çempionluq mübarizəsində ağır zərbə olub. Ağdam təmsilçisinin hazırda lider "Sabah"la arasında 10 xal fərq yaranıb. Ancaq "Qarabağ"ın ehtiyatda bir oyunu da qalır.

Digər oyunda isə "Neftçi" evdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 19:15-də start götürəcək. Sözügedən komadaların 1-ci dövrədəki dueli heç-heçə ilə, 2-ci dövrədəki qarşılaşması isə "İmişli"nin qələbəsi ilə yekunlaşıb.

20 mart (cümə)

15:00. “Kəpəz” – “Qarabağ” - 1:0 

Qol: Fərid Nəbiyev, 45

Yevlax şəhər stadionu

19:15. “Neftçi” - “İmişli"

“Palms Sports Arena”

21 mart (şənbə)

16:00. “Turan Tovuz” – “Qəbələ”

18 mart (çərşənbə)

“Şamaxı” – “Araz-Naxçıvan” - 0:1

19 mart (cümə axşamı)

“Sabah” – “Sumqayıt” - 3:1

“Karvan-Yevlax” – “Zirə” - 0:1 

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 15 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Velko Şimiç (“Sabah”) - 10 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol

Emin Mahmudov (“Neftçi”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Dioqo Almeyda ("İmişli") - 7 qol

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner