Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir

Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir
XƏBƏR 20 Fevral 2026 / 17:56 997
-  A +

MLS təmsilçisi "Kolambus Kryu" (Columbus Crew) klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-yə gedişi ləngiyə bilər.

QOL.az xəbər verir ki, bu barədə “Azərtac”a hücumçunun meneceri Tural Əsgərov məlumat verib.

O, 21 yaşlı futbolçunun hələ viza almadığını bildirib: “Məsələ gələn həftə həll olunmalıdır. Amma ləngiyə də bilər. Səfərin martın əvvəlinə kimi baş tutacağına ümidliyik”.

Qeyd edək ki, Nəriman Axundzadənin "Kolambus Kryu" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. “Qarabağ” bu keçiddən 1,2 milyon avro qazanıb.


Son xəbərlər
topaz banner