"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Nottinqem Forest"ə 0:3 hesabı ilə uduzmaqları haqda danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasının matçda zəif oynadığını etiraf edib:
"Notinqem Forest" bu gecə həqiqətən də güclü idi. Biz oyunumuzu oynamaqda çətinlik çəkdik, çünki topa sahib olmaq üçün vaxtımız yox idi. İlk 30 dəqiqədə bizə çox təzyiq göstərdilər. Biz isə bundan qaçmaq üçün bir həll yolu tapa bilmədik.
İstənilən halda məğlubiyyətə layiqik. İlk hissə 0:4, 0:5 də başa çata bilərdi. Qol vəziyyətləri yarada bilmədik. Yalnız ikinci hissənin əvvəlində bir epizodumuz oldu, daha sonra heç nə edə bilmədik. Belə əhəmiyyətli bir oyunda çox zəif performans göstərdik.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu İngiltərədəki "Siti Qraund" stadionunda keçiriləcək və Mərkəzi Avropa vaxtı ilə 26 fevral, saat 21:00-da, Bakı vaxtı ilə isə 27 fevral, saat 00:00-da başlayacaq.
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu