Hakan Şükür deputat seçildi

Hakan Şükür deputat seçildi
DÜNYA FUTBOLU 13 İyun 2011 / 00:01 2745
-  A +

Məşhur futbolçu Hakan Şükür Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputat seçilib. Qol.Az-ın məlumatına görə, Hakan bu hüquqa iyunun 12-də keçirilmiş seçkilərdə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi kimi yiyələnib.

İstanbul III Bölgəsindən namizədliyini verən Türkiyə yığmasının sabiq hücumçusu həmin dairədən AKP-nin 15 nəfərlik siyahısında yer alıb. Hakan partiya sədri Receb Tayyip Ərdoğanın seçki ilə bağlı partiya üzvləri qarşısında bu dəqiqələrdə başlanan çıxışı zamanı onun yanında olub.

Qeyd edək ki, Hakan Şükür TBMM-ə deputat seçilən ilk futbolçudur.

Son xəbərlər