45 yaşında klubunu dəyişdi

45 yaşında klubunu dəyişdi
DÜNYA FUTBOLU 28 Yanvar 2026 / 12:44 727
-  A +

İspaniya millisinin sabiq üzvü Dani Quizanın yeni klubu məlum olub.

QOL.az xəbər verir ki, 45 yaşlı hücumçu səviyyəcə 7-ci liqada çıxış edən “Xerez İndustrial”a keçib.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli forvardla bu ilin iyununa qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, karyerası ərzində "Fənərbaxça" (Türkiyə), "Barselona", "Kadis", "Mayorka" və "Xetafe" (hamısı İspaniya) klublarının formasını geyinmiş D.Quizanın son iş yeri İspaniyanın 7-ci liqasında çıxış edən “Rayo Sanluqeno” klubu olub. O, İspaniya millisində meydana çıxdığı 21 oyunda 6 qol vurub.


Son xəbərlər