"Barselona"nın baş məşqçisi Hans-Diter Flik qapıçı Mark-Andre ter Ştegenin "Jirona"ya keçidini təsdiqləyib.
QOL.az xəbər verir ki, "Sport.es"in məlumatına görə, almaniyalı mütəxəssis həmyerlisinin mövsümün sonuna qədər icarə əsasında rəqib komandada çıxış edəcəyini bildirib.
Flik futbolçunu "fantastik qapıçı" və "mükəmməl insan" adlandıraraq bu addımın onun karyerası üçün doğru olduğunu vurğulayıb:
"Artıq qərar verilib. Bu səhər Ştegen bizə "Jirona"ya keçəcəyini bildirdi. O, fantastik qapıçıdır. Düşünürəm ki, bu, doğru qərardır və ona uğurlar arzulayıram. O, mükəmməl insandır. Hesab edirəm ki, onun qarşıdakı Dünya Çempionatına yollanmaq şansı yüksəkdir".
Xatırladaq ki, cari mövsümdə 33 yaşlı qapıçı "Barselona"nın heyətində yalnız İspaniya Kubokunda bir oyuna çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Ştegen rəqib kluba keçdi
"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"
FİFA milli komandaların yeni siyahısını açıqladı
"Tottenhem"in müdafiəçisi mövsümü başa vurdu
"Barselona" yeni qapıçı axtarışına başladı
Mərakeş FİFA və CAF-ı məhkəməyə verir
"Mançester Siti" millinin futbolçusunu transfer etdi - Rəsmi