İngiltərənin "Liverpul" klubu Çempionlar Liqasının 7-ci turunda Fransa "Marsel"i ilə keçiriləcək səfər oyunu ərizəsini təqdim edib.
QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, baş məşqçi Arne Slot 20 futbolçunun adını siyahıya daxil edib. Diqqətçəkən məqam Afrika Millətlər Kuboku matçlarından yeni qayıdan Məhəmməd Salahın heyətdə yer almasıdır.
Xatırladaq ki, qitə turnirindən əvvəl baş məşqçi ilə aralarında yaranan münaqişə səbəbindən misirli ulduzun bu görüşdə iştirakı sual altında düşmüşdü.
Qeyd edək ki, "Marsel" - "Liverpul" qarşılaşmasının start fiti sabah Bakı vaxtı ilə 00:00-da səslənəcək.
Ştegen rəqib kluba keçdi
"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"
FİFA milli komandaların yeni siyahısını açıqladı
"Tottenhem"in müdafiəçisi mövsümü başa vurdu
"Barselona" yeni qapıçı axtarışına başladı
Mərakeş FİFA və CAF-ı məhkəməyə verir
"Mançester Siti" millinin futbolçusunu transfer etdi - Rəsmi
Azərbaycanlı balasının “San Siro”dakı möhtəşəm qolu - Video