"Real" La Liqada növbəti qələbəsini qazanıb.
QOL.az xəbər verir ki, İspaniya çempionatının 20-ci turu çərçivəsində "Real" "Santyaqo Bernabeu" stadionunda "Levante" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən ulduz futbolçu Kilian Mbappe açıb. Matçın 65-ci dəqiqəsində isə müdafiəçi Raul Asensio fərqi artıraraq komandasının qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, "kral klubu" ötən turda "Betis"i 5:1 hesabı ilə darmadağın etmişdi. "Levante" isə "Espanyol"la xalları yarı bölmüşdü (1:1).
Növbəti turda "Real" yanvarın 24-də "Vilyarreal"la, "Levante" isə ayın 23-də "Elçe" ilə üz-üzə gələcək.
PSJ ilə 100-cü qələbə
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər
“Mingəçevir” 7 futbolçunu göndərib, 5 yeni oyunçu alıb